“Nyukasl”da daha bir yeni oyunçu

31.01.2023 12:12 276
Dünya futbolu
“Nyukasl” heyətinə daha bir yeni oyunçu cəlb edib.

Football-plus.az xəbər verir ki, Entoni Qordon artıq bu klubun üzvüdü.

“Everton” onun satışından 40 milyon funt sterlinq qazanıb. Müqavilədə 5 milyon funt sterlinq məbləğində bonus da nəzərdə tutulub. 21 yaşlı ingilis futbolçu bu mövsüm premyer-liqada 16 oyuna 3 qol vurub.

Bu arada Kiran Trippyer “Nyukasl” rəhbərliyinin yeni təklifini qəbul edib. İngilis müdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin yayına qədər uzadılıb. 32 yaşlı Kiran “Nyukasl”a 2022-ci ilin yanvarında “Atletiko”dan keçib. O, bu mövsüm premyer-liqada meydana çıxdığı 20 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə verib.