Qrayner yenə “Feniks”lə anlaşdı

22.02.2023 22:10 232
İdman
Amerikalı basketbolçu Brittni Qrayner Rusiyada dustaq həyatını başa vurub vətənə dönəndən sonra ilk peşəkar müqaviləsini bağlayıb.

Football-plus.az xəbər verir ki, onun “Feniks”lə bağladığı müqavilənin müddəti bir ildi. 32 yaşlı Qrayner vaxtilə bu komandanın şərəfini qoruyub, 2014-cü ildə Qadın MBA-sının çempionu olub.
Xatırladaq ki, amerikalı ulduz, ikiqat olimpiya çempionu ötən ilin fevralında "Şeremetyovo" hava lımanında saxlanılmışdı. Ona narkotik qaçaqmalçılığı üzrə ittiham irəli sürülmüşdü. Avqustda məhkəmə ona 9 il iş və 1 milyon rubl məbləğində cərimə kəsdi. Brittni dəyiş-düyüş çərçivəsində dekabrda vətəninə qayıtdı.