“Hüquqlarını müdafiə etdiyimiz Brittni Qrayner noyabrın 4-də tutulduğu andan saxlanıldığı istintaq təcridxanasından cəzasını çəkmək üçün ümumi rejimli islah-əmək müəssisəsinə göndərilib. Hazırda onun hara aparıldığı ilə bağlı heç bir bilgimiz yoxdu. Biz vəkillərə, həmçinin ABŞ-ın Rusiyadakı səfirliyinə onun təyinat yerinə çatdırılmasıyla bağlı məlumat verilməliydi”.
Xatırladaq ki, avqustda Ximki Məhkəməsi 32 yaşlı amerikalı basketbolçuya həşiş yağının qaçaqmalçılığı ittihamı üzrə 9 il həbs cəzası verib, həmçinin onu 1 milyon rubl cərimələyib.




