• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qrayner mayda karyerasını bərpa edəcək

İdman

28-12-2022, 21:0

Məlum olduğu kimi, Brittni Qrayner Rusiya həbsxanasında keçirdiyi 293 gündən sonra ABŞ-a qayıtdı.

Çoxları ikiqat olimpiya çempionunun onu və ailəsini çətin günlərdə dəstəkləyən mediaya geninə-boluna müsahibələr verəcəyini gözləyirdi. Ancaq 32 yaşlı basketbolçu hələ ki bir neçə sitatla kifayətlənib. Və dedikləri da qalmaqal xarakterli deyil. Birincisi, Brittni aydın şəkildə anladıb ki, karyerasını davam etdirmək istəyir və klubunu dəyişmək niyyəti yoxdu. O, mərkəz oyunçusunu 2013-cü il draftında seçən “Finiks”lə yeni müqavilə bağlayacaq. İkincisi, Qrayner ABŞ prezidenti Co Baydeni vətəndən kənarda dustaq həyatı yaşayan bütün amerikalıları qaytarmağa çağırdı. Basketbolçu casusluğa görə Rusiyada 16 il həbs cəzası alan Pol Uilanın dəyişdirilməsinə yardım etməyə hazırdı.

“Merkuri”yə sadiqlik

Qrayner 2013-dən bəri qadın MBA-sında çıxış edir. Xatırladaq ki, okeanın o tayında çempionat uzun çəkmir, adətən, mayın sonundan oktyabrın ortalarına qədər davam edir. WNBA-nın əsas ulduzları qalan vaxtı Rusiya (2022/23 mövsümündən MBA klubları oyunçularına Rusiya təmsilçiləri ilə müqavilə bağlamağı qadağan edib – red.), Çin, Türkiyə, İspaniya, Polşa, İsrail klublarında keçirirlər. Qrayner də karyerası boyunca belə edib. Peşəkar səviyyədəki ilk iki mövsümdə Çində oynayıb, 2015-dən bəri isə UQMK-nın şərəfini qoruyub. O, Yekaterinburqda 4 dəfə Avroliqanın qalibi, 6 dəfə isə Rusiya çempionu olub. Bu tarixçədə ən vacib nüanslardan biri puldu. Brittni MBA-da mösüm ərzində 200 min dollar qazanıbsa, Rusiyada bu məbləğ milyona yaxındı.

“Şeremetyovo” hava limanındakı narkotiklə bağlı insidentdən sonra Qrayner bir də çətin ki ABŞ-ı tərk etmək fikrinə düşə. Ancaq karyerasını davam etdirəcəyi dəqiqdi: “Bir məsələni aydınlaşdırmaq istəyirəm: bu mövsüm “Finiks Merkuri”nin heyətində basketbol oynamaq niyyətindəyəm. Həmçinin ictimaiyyət önündə məni dəstəkləyən, sosial şəbəkələrdə dəstək xarakterli paylaşımlar edən adamlara “sağ ol” demək imkanını səbirsizliklə gözləyirəm. Tezliklə belə imkanım olacaq”.

Qraynerin dedikləri “Merkuri” üçün yaxşı xəbərdi. O, ABŞ-dakı karyerası ərzində yalnız bu klubda çıxış edib və liqada keçirdiyi ikinci ildə (2014/15 mövsümü) çempion titulunu qazanıb. İkiqat olimpiya çempionu hazırda azad agentdi və WNBA tarixinin ən yaxşı oyunçularından biri statusunu da nəzərə alsaq, bu liqada çıxış edən qalan 11 klubdan hər birini seçə bilərdi. Məsələn, “Los-Anceles Sparks”ı, “Nyu-York Liberti”ni və ya “Vaşinqton Mistiks”i. Amma “Finiks”də qalmağa üstünlük verdi. Və indi 2023-ün mayına qədər idman formasını bərpa etməyə çalışacaq.

“Merkuri” yeni mövsümdəki ilk oyununu mayın 19-da səfərdə “Sparks”la keçirməli, 4 gün sonra isə ilk ev oyununda “Çikaqo Skay”ı qəbul etməlidi. Olimpiya çempionu, qadın MBA-sında Ulduzların oyununun iştirakçısı Nafisa Kollier əmindi ki, Qraynerin hər oyununda tribunalar dolu olacaq: “O, KİV-in və azarkeşlərin böyük diqqəti ilə qarşılanacaq. Düşünürəm ki, yeni mövsümdə “Merkuri”nin bütün oyunlarında anşlaq olacaq”.

Adətən, qadın MBA-sında oyunlar fanatların böyük diqqəti ilə müşayiət olunmur. Uzaqbaşı final oyunlarında anşlaq yaşanır, o da həmişə yox.

Yeni missiya

Hərçənd ictimai rəy sorğuları göstərir ki, amerikalıların yarısı ABŞ hökumətinin Qrayneri rusiyalı Viktor Butla dəyişmək qərarını dəstəkləmir. Respublikaçı seçicilərin üçdəikisindən çoxu (69 faiz) bu sövdələşmənin əleyhinə çıxıb. Yarıdan çoxu (51 faiz) dəyiş-düyüşün qəti əleyhinədi. Demokratlar əsasən dəstəkləsə də, “qəti şəkildə lehinəyəm” variantını seçənlər yalnız 34 faiz təşkil edib. Müstəqil seçicilərin, demək olar ki, yarısı (48 faiz) dəyiş-düyüşün əleyhinə çıxıb. Əksər amerikalıları razı salmayan məqam budu ki, Qrayner 2020-nin iyununda casusluğa görə Rusiyada həbs cəzası alan sabiq dəniz piyadası Pol Uilandan əvvəl dəyişdirilib. Yeri gəlmişkən, Uilanın vəkili Vladimir Jerebenkov müştərisinin belə duruma anlayışla yanaşdığı haqda açıqlama verib: “Amerika tərəfi iki ay əvvəl Uilanla Qrayneri Butla dəyişmək barədə təklif irəli sürüb. Ancaq Rusiya tərəfi yalnız bir adamın bir adamla dəyişdirilməsinə hazır idi. Belədə amerikalılar Qraynerə üstünlük verdi, qadın olduğuna görə. Qadının birinci dəyişdirilməsi daha humanist addımdı”.

Qrayner özü də Polun vətənə qayıtmasına yardım etməyə çalışacağını deyir: “Prezident Bayden, siz məni evə qaytardız və bilirəm ki, Pol Uilanı və qalan amerikalıları da qaytarmaq niyyətindəsiz. Sizə yardım etmək üçün əlimdən gələni əsirgəməyəcəm. Həmçinin evə dönüşümdə rol oynayan hər kəsi ABŞ-ın qalan vətəndaşlarının da qaytarılması işində səylərini davam etdirməyə çağırıram. Hər ailə bütünləşməyi haqq edir”.

Xatırladaq ki, Qrayner bu il fevralın 17-də “Şeremetyovo”da saxlanılmışdı. Gömrük işçiləri onun qabında həşiş yağı aşkara çıxarmışdı. Məhkəmə avqustda idmançıya narkotik qaçaqmalçılığı ittihamı ilə 9 il həbs cəzası kəsdi və milyon rubl cərimələdi. Noyabrda apellyasiya şikayəti də rədd olunan Qrayner Mordoviyadakı islah-əmək müəssisəsinə göndərildi. O, Rusiyadakı istintaq təcridxalanalarında və kolonda 10 aya yaxın qaldı. Dekabrın 8-da basketbolçu silah taciri Butla dəyişdirilərək vətəninə döndü.

Paylaş:
Digər xəbərlər

İdman

17-07-2022, 11:0

Qadın MBA-sı Rusiya klubları ilə anlaşmaya qadağa qoyub

İdman

10-07-2022, 12:0

Beynəlxalq qalmaqal: rus əvvəl iş verəcək, sonra dəyişəcək!

İdman

9-11-2022, 13:0

Russayağı “hüquq”: ikiqat olimpiya çempionunun yeri bilinmir!

Aktual / İdman

11-12-2022, 10:0

İkiqat olimpiya çempionu silah taciri ilə dəyişdirildi...

İdman

8-07-2022, 16:0

Basketbolçunun məktubu Baydenə çatıb

İdman

19-11-2022, 12:0

Qrayner Yavas qəsəbəsində saxlanılır

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Bu gün, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Bu gün, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Bu gün, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Bu gün, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Bu gün, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Bu gün, 09:40
    Bu gün Qəbələ və Masazırda oyunlar var - YENİLƏNİR
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 203
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 135
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə