Ukraynaya təcavüz üzündən münasibətlərində hədsiz yüksək gərginlik yaşanan Rusiya ilə ABŞ arasında orijinal dəyiş-düyüş reallaşıb.
“Futbol+”in səhifələrində dəfələrlə haqqında xəbər yazdığımız, fevralda “Şeremetyovo” hava limanında saxlanılan, həşiş yağının qaçaqmalçılığı maddəsi ilə 9 il həbs cəzası alan ikiqat olimpiya çempionu Brittni Qrayner məşhur rusiyalı silah baronu Viktor But ilə dəyişdirilib. 1967-ci il yanvarın 13-də Düşənbədə anadan olan But 2012-ci ildə ABŞ-da qanunsuz silah ticarəti və terroru dəstəkləmək ittihamı ilə 25 il müddətinə azadlıqdan məhrum olunan rusiyalı iş adamıdı. ABŞ-ın kəşfiyyat orqanları onu dünyanın ən böyük silah qaçaqmalçısı sayır. 1990-cı il oktyabrın 18-də Hyustonda dünyaya gələn Qrayner isə məşhur basketbolçudu və tutulana qədər Rusiyanın “Yekaterinburq” klubunun şərəfini qoruyub.
ABŞ və Rusiya vətəndaşlarının mübadiləsi Biləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi hava limanında reallaşıb...