Narkotik qaçaqmalçılığında həbs olunan Brittni Qraynerlə bağlı bilgi vermişdik.
Football-plus.az xəbər verir ki, amerikalı xanım basketbolçunun yardım istəyi ilə bağlı xahiş məktubu artıq bu ölkənin prezidenti Co Baydenə çatıb. Prezidentin məktubu oxuduğunu Ağ Evin rəsmi təmsilçisi Karin Jan-Pyer təsdəqləyib:
“Prezident məktubu oxudu, həmin an mən yanındaydım”.
Jan-Pyer həmçinin məsələnin Baydenin diqqət mərkəzində olduğunu deyib.
Xatırladaq ki, fevralda “Şeremetyevo” hava limanında saxlanılan Qrayner həşiş yağını Rusiyaya qeyri-leqal şəkildə gətirmək cəhdində suçlanır. 31 yaşlı idmançı ilə bağlı cinayət işi açılıb, onu 5-10 il arası iş gözləyir. İyunun sonunda amerikalı basketbolçunun həbs müddəti dekabrın 20-nə qədər uzadılıb.
Qrayner ikiqat olimpiya və ikiqat dünya çempionu, qadın MBA-sının qalibidi. 2015-ci ildən Yekaterinburq klubu UQMK-nin şərəfini qoruyub.