PFL azarkeşləri narahat edən məsələyə aydınlıq gətirdi - AÇIQLAMA

12.02.2023 21:30 290
Premyer-liqa / Manşet
PFL "İnsports.tv" ilə əməkdaşlığa başlayıb.

Həmin platformada yayınlar ödənişli əsaslarla həyata keçirilir. Görəsən, premyer-liqa matçlarını ölkə daxilindən izləmək istəyən azarkeşlər də ödəniş etməlidi? Bu suala cavab tapmaq üçün PFL-in mətbuat katibi Sənan Abdullayevlə əlaqə saxladıq. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu:

"Əməkdaşlıq etdiyimiz platforma hamı üçün eynidi. Ölkə daxilindən və ya xaricindən qoşulmağın fərqi yoxdu. Hər iki halda qiymət eynidi. Həm oyunluq, həm də aylıq qeydiyyatdan keçmək mümkündü".

İSMAYIL XEYRULLAYEV