Bunu onun ötən gün qarşılaşmanın keçirildiyi “Zimbru” stadionundan etdiyi paylaşımdan görmək mümkündü.
Maraqlıdı, Elxan bəydən başqa qurumun hansı əməkdaşı milli ilə səfərə yollanıb? Bu suala cavab tapmaq üçün PFL-in Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayevlə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“PFL-in prezidenti Elxan Səmədovla icraçı direktor Zaur Hacı-Məhərrəmov milli ilə səfərdədi. Moldova ilə yanaşı, Şimali Makedoniya ilə oyunu da stadiondan canlı izləyəcəklər”.
RƏŞAD



