Peşəkar Futbol Liqası “Insports.tv” ilə əməkdaşlığa başladı

10.02.2023 11:54 351
Premyer-liqa
Peşəkar Futbol Liqası və “Insports.tv” beynəlxalq şirkəti arasında rəsmi müqavilə bağlanılıb.

Football-plus.az xəbər 2022/2023 mövsümünün sonuna qədər Misli premyer-liqası və 1-ci divizion yarışlarının internet üzərindən yayımı yalnız “Insports.tv” saytı və tətbiqində mümkün olacaq.

Qeyd edək ki, “InStat” şirkətinin tərkibində olan “Insports.tv” 2018-ci ildən fəaliyyət göstərir və müxtəlif ölkələrin futbol, futzal, reqbi kimi bir sıra idman növlərinin çempionatlarını internet üzərindən canlı yayımlayır.