"Turan Tovuz" sabah vacib qərar verəcək - AÇIQLAMA

2.07.2022 19:56 575
Premyer-liqa
Artıq premyer-liqa klublarının hamısı növbəti mövsümün hazırlığına başlayıb.

Bunlardan biri də elitaya qayıdan “Turan Tovuz”du. Komandanın təlim-məşq toplanışını Gürcüstanda keçirəcəyi gözlənilirdi. Eyni zamanda, büdcəyə qənaət məqsədiylə klub səfəri quru yolla gerçəkləşdirməyi planlaşdırırdı. Lakin məlum olduğu kimi, quru sərhədləri hələ açılmayıb. Belə olan halda komanda səfərə necə çıxacaq? Bu suala cavab almaq üçün “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Hazırda təlim-məşq toplanışının ölkə xaricində keçirilməsi ilə bağlı işlər gedir. Amma hələ dəqiqləşməyib. Komandamız sabah Tovuzda məşqə başlayacaq. Böyük ehtimalla sabah bununla bağlı da dəqiqləşmə aparılacaq”.


ŞAİR ABDULLA