Dünən keçirilən “Turan Tovuz” – “Kəpəz” matçında az da olsa gəncəli azarkeşlər də var idi. Təxminən 60 yaxın fanat “Xəmsə” və “Ultras”ı təmsil edirdilər.
Etibarlı mənbədən “Football-plus.az”a saytına daxil olan məlumata görə “sarı-göylər”in tərəfdarı Tovuza öz hesabına gəlib. Daha dəqiq desək, klub rəhbərliyi fanatlara Tovuza yollanmaq üçün avtobus ayırmayıb. Səbəb isə fanatların davranışına görə “Kəpəz”i maddi planda ziyana salmasıdı. Onu da qeyd edək ki, bu günə kimi fanatlar klubu təxminən 20 min manat xərcə salıblar.
RƏŞAD