Azarkeşlər "Turan Tovuz"u ziyana saldı

30.01.2023 14:39 280
Premyer-liqa
İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

Football-plus.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

Misli premyer-liqasının 19-cu turunun “Turan Tovuz” – “Qarabağ” oyununda meydan sahiblərinin azarkeşləri hakimlərə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə klub 4000 manat cərimə olunur (maddə 41.7);

Fanatlar tərəfindən meydançaya kənar əşyalar atıldığına görə "boz qurd" 1600 manat cərimə olunur (maddə 51.1);

19-cu turun “Kəpəz”-“Qəbələ” oyununda Təcili Tibbi Yardım oyuna gecikdiyinə görə meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 59.4);

Görüşdən əvvəl polis iclasa gəlmədiyinə görə meydan sahibləri 800 AZN cərimə olunur (maddə 62.1).