“Turan Tovuz”un ilk legionerləri bu ölkədən olacaq - ÖZƏL

9.06.2022 14:13 1 241
Premyer-liqa / Günün xəbəri
9 ildən sonra premyer-liqaya dönən “Turan Tovuz” transfer çalışmalarını davam etdirir.

Öncə yerli oyunçularla danışıq aparan “boz qurdlar” paralel olaraq legioner axtrışını da davam etdirir. Qeyri-rəsmi mənbələrdən “Football-plus.az” saytına daxil olan məlumata görə, qərb təmsilçisi legioner axtarışında daha çox Gürcüstan variantına üstünlük verir.

Mənbəmizin sözlərinə inansaq, klub rəhbərliyi artıq bir neçə oyunçu ilə danışıqlara başlayıb. Onların Tovuza gəlib-gəlməyəcəyi yaxın günlərdə məlum olacaq. Mənbəmiz onu da bildirdi ki, “Turan Tovuz”un maraq dairəsinə düşənlərin ikisi dayaq yarımmüdafiəçisi, biri isə müdafiəçidi.

RƏŞAD