Hər iki klub bu səbəbdən avtobus ala bilmir. Bunu nəzərə alan Futbolun İnkişaf Fondu (FİF) layihəyə start verib. "Kəpəz 100k" və "Turan 100k" adlanan layihələrin məqsədi klublara maddi dəstəyi təmin etməklə avtobus almaqdı.
"Turan 100k" layihəsindən iki aya yaxın vaxt keçsə də, "Kəpəz 100k" sentyabrın əvvəlində start götürdü. Maraqlıdı, bu layihələr nə dərəcədə effektlidi? İndiyə kimi nə qədər vəsait ianə olunub?
Bu haqda məlumat almaq üçün FİF-lə əlaqə saxladıq. Fondun kommunikasiya meneceri Mehriban Mürsəlova "Football-plus.az" saytına bunları dedi:
"İyulun 28-də tarixində “Turan 100k” layihəsi start götürdü. Hazırda 548 piksel alınıb. Korporativ alışlarla birlikdə hesablasaq, 8360 manat ianə edilib. Sentyabrın 7-də isə “Kəpəz 100k” layihəsinə başladıq. Hazırda 330 piksel alınıb və 4950 manat ianə edilib. Layihələrin ikisi də davam edir. Rəqabət getdikcə artır. “100k” layihələri sanki virtual qərb derbisidi. Layihələrin ilin sonuna qədər davam etməsi planlaşdırılır".
ŞAİR ABDULLA






