Gəncəli azarkeşlər "Turan Tovuz"u xərcə salıb - AÇIQLAMA

11.09.2022 22:30 564
Premyer-liqa / Manşet
Dünən Misli premyer-liqasının 6-cı turunun açılış matçı keçirildi.

Qərb derbisi böyük maraqla gözlənilirdi. Uzun illərdən sonra yenidən elitaya qayıdan “Turan Tovuz” “Kəpəz”lə qarşılaşırdı.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı. Əlbəttə, oyunun prinspiallığı azarkeşləri daha da coşdururdu. Hər oyunda çılğınlığı, fəallığı ilə seçilən “Kəpəz” azarkeşləri yenə ənənəyə sadiq qaldılar. Onlar bu dəfə stadionun oturacaqlarını qırmaqla rəqib komandanı xərcə saldılar.

Maraqlıdı, onların meydan sahiblərinə vurduğu ziyanın həcmi nə qədərdi? Bu haqda məlumat almaq üçün “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Təxminən 120-dən çox oturacaq tam sıradan çıxıb. Bundan əlavə, çartlayanlar da var. AFFA nümayəndəsi də baxdı, qeydlərini götürdü. Yəqin ki, yaxn günlərdə dəqiq sayı onlar deyəcək. Oyunda azarkeşlər arasında münaqişə baş verməyib. Sadəcə, “Kəpəz” azarkeşləri olan tribunadakı
oturacaqlar qırılıb”.


ŞAİR ABDULLA