• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əfranın ritorikası, baş katibin Gəncə səfəri - KÖŞƏ

Premyer-liqa / Yazarlar

31-01-2023, 19:0

AFFA-nın baş katibi Sərxan Hacıyev növbəti dəfə Gəncəyə səfərə gedib.

Sözün düzü, onun Gəncəyə neçənci səfərinin olduğunu unutmuşam. Başım qarışıq olmasaydı, internetin yaddaşını qurdalayar, baş katibin yeni kürsüyə əyləşəndən sonra Gəncəyə neçə dəfə getdiyini hesablayardım. Amma indi buna nə həvəsim var, nə də vaxtım. Dəqiq bildiyim bir şey var ki, Hacıyev hərdən özünü gündəmə gətirmək, nəyləsə məşğul olduğunun görüntüsünü yaratmaq üçün ətrafına yaxın iki-üç nəfəri toplayır və istiqamət alır Gəncə tərəfə. Adını da qoyurlar ki, baş katib Gəncə şəhər stadionunun ərazisində AFFA tərəfindən tikintisi davam etdirilən Futbol Akademiyasında inşaat işlərinin gedişi ilə maraqlanıb. Adama sual verərlər ki, əl boyda bir bina tikirsiz, ayda bir dəfə oranın nəyinə baxırsız? Heç Atom Elektrik Stansiyası tikənlər özlərinə bu qədər əziyyət verib, tez-tez inşaat işləri ilə maraqlanmır. Amma bizim baş katib canına əziyyət verir, Gəncəyə qədər yol ölçür.

Sosial şəbəkələrdə baş katibin Gəncə səfəri ilə bağlı şəkillər paylaşılıb. Həmin şəkillərdən də görünür ki, “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri əlini sağa-sola uzadaraq ona nəyisə izah edir. O da öz növbəsində Nadiriyə böyük maraqla qulaq asır. Paylaşımların altındakı şərhlər isə fotoşəkillərdən daha maraqlıdı. İzləyicilərdən biri tikintiyə daxil olan rəsmi şəxslərin qoruyucu baş geyimindən və ayaqqabıdan istifadə etmədiyini görüb, “belə də tikintiyə daxil olarlar? Əraziyə girənlərin təhlükəsizliyi təmin olunmayıb” yazıb. Həmin şərhə xeyli gülmüşəm. Əminəm ki, dəyərli baş katib və İlqar Nadiri bu məqamı nəzərə alacaqlar, bundan sonra tikinti gedən əraziyə, binaya daxil olanda, heç olmasa, başlarına dəbilqə qoyacaqlar. Kişilər bu boyda xərc və əziyyət çəkiblər, burdan Gəncəyə yol ölçüblər. Cəmi bir ağıllı izləyici onların bu xərcini və əziyyətini heçə vurub, baş katibin Gəncə səfəri ətrafındakı pafosu darmadağın edib. Düşdüyünüz günə baxın, cənablar. İstəsəz, bir az siz də gülün, sonra da dərindən düşünər və halınıza acıyarsız.

İlqar bəyin futbola yolunun necə düşdüyündən, birdən-birə necə “Kəpəz” boyda klubun İdarə Heyətinin sədri kürsüsünə əyləşdiyindən xəbərsizəm. Necə ki, vaxtilə Elxan Məmmədovun, yaxud da Sərxan Hacıyevin özünün AFFA-ya necə yol tapmasından, sürətlə piramidanın zirvəsinə qədər yüksəlməsindən baş açmamışıq. Dəqiq bildiyimiz odu ki, elə İlqar Nadiri də adını çəkdiyim cənablar kimi futbolun mahiyyətindən, idarəetmənin prinsiplərindən xəbərsizdi, şəxsi mənafeyini və pafosu düşünür. Adamın gözünün önündə aylardı ki, iki futbolçu komandanın baş məşqçisinin ünvanına olmazın hədələri səsləndirirlər. Sanki İlqar Nadirinin “Kəpəz” üzərindəki xarizmasının zəif olması Rauf Əliyevlə Əfran İsmayılovun əl-qolunu açmışdı, bu ikili heç bir ölçüyə sığmayan ifadələri baş məşqçi Tərlan Əhmədovun ünvanına səsləndirir, onu ələ salmaqdan, aşağılamaqdan çəkinmirdilər. Gəncəli futbolçuları, veteranları, azarkeşləri başa düşdüm, onlardan ehtiyat etmək, məsafə saxlamağa çalışmaq anlaşılandı. Bəs Əfranla Rauf hansı rahatlıqla “Kəpəz”də belə “meydan sulaya”, özlərini komandanın yiyəsi kimi apara bilirdi? Harda idi klub rəhbərliyinin zəhmi, dəmir yumruğu?!

Əfran İsmayılov bu yaxınlarda “CBC Sport”da efirə gedən “Start” verlişinin qonağı idi. Verilişin aparıcılarının yaratdığı imkandan istifadə edib, telekanalın “feysbuk”dakı səhifəsi vasitəsiylə Əfrana sual ünvanladım. Soruşdum ki, özü də gələcəkdə məşqçi olmağı hədəfləyir, qorxmur ki, Tərlan Əhmədova göstərdiyi münasibət sabah ona qarşı da təkrarlana bilər? İsmayılovun verdiyi cavablardan sonra bir daha əmin oldum ki, Tərlan Əhmədovun Gəncədə işi nə qədər çətin olub, belə futbolçularla dil tapmaq üçün nə qədər vaxt və enerji sərf edib. Adam sualımın cavabında deyir ki, “Kəpəz”dən aldığı maaş onun üçün cibxərcliyi olub, əvəzedici heyətdə oynamağa razılıq verib pulunu sona qədər almaq tələbini prinsipə görə ortaya atıb. İllərini futbola vermiş, “Qarabağ”da və millidəki çıxışıyla özünə nüfuz qazanmış biri hansısa boş prinsipə görə özünü bu hala salarmı? Şəxsən mən indiyə qədər həm Raufa, həm də Əfrana azərbaycanlı futbolçu kimi böyük hörmət bəsləyirdim. “Kəpəz”dəki son hadisələr, onların verdiyi açıqlamalar, tutduqları mövqe gözümdəki imiclərini xeyli zədələdi. Bu nə deməkdi ki, mən təcrübəli futbolçuyam, legionerə, gənclərə irad tutmalıyam, məşqçi də buna göz yummalıdı? Baş məşqçinin bu cür xidmətə ehtiyacı olsa, özü təcrübəlilərlə söhbət edər, deyər ki, mənə komandanı tanımaqda, idarə etməkdə kömək edin. Bunu səndən istəməyiblərsə, bu davranışın özünü başqalarından üstün tutmaqdı. Atalarımız iki qoçun başının bir qazanda qaynamadığını deyib. Raufla Əfran isə “Kəpəz”də üç qoçun başını bir qazanda qaynatmağa çalışıb.

Əfranla Raufun bu ritorikasının qarşısında klub rəhbərliyi hansı mövqeyi tutdu, baş məşqçini müdafiə edib, futbolçulara yerini göstərdimi? Əlbəttə ki, yox. Hələ nə yaxşı ki birtəhər dilə tuta, yola sala bildilər...

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

25-01-2023, 12:0

Baş katib Gəncəyə səfər edib

Aktual
"Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
Son xəbərlər
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
  • Dünən, 22:00
    Premyer-liqanın təqvimi açıqlandı
  • Dünən, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Dünən, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Dünən, 20:02
    İtaliya klubunu tərk etdi
  • Dünən, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Dünən, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Dünən, 18:32
    Parisi tərk edəcək
  • Dünən, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Dünən, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Dünən, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Dünən, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Dünən, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Dünən, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Dünən, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Dünən, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Dünən, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Dünən, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Dünən, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Dünən, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Dünən, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Dünən, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Dünən, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Dünən, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Dünən, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Dünən, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Dünən, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Dünən, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Dünən, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 247
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə