Baş katib Gəncəyə səfər edib

25.01.2023 12:11 263
Premyer-liqa
AFFA-nın baş katibi Sərxan Hacıyev Gəncə şəhərinə səfər edib.

Football-plus.az xəbər verir ki, qurum rəsmisi federasiya tərəfindən tikintisi davam etdirilən Futbol Akademiyasında inşaat işlərinin gedişi ilə maraqlanıb.

"Kəpəz" Futbol Klubunun İdarə Heyətinin sədri İlqar Nadiri həyata keçirilən işlər barədə ətraflı məlumat verib.