• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” 54 illik rekordu sona 5 tur qalmış yenilədi! - İCMAL

Dünya futbolu

17-04-2026, 15:0

Açılış oyununda “Hoffenhaym” “Auqsburq” səfərində geridönüş etsə də, bu, yalnız 1 xal üçün kifayət etdi. Son 7 turda yalnız bir qələbəsi olan “kəndçilər” artıq 6-cı pilləyə geriləyib. Halbuki komanda bir neçə həftə öncə 3-cü pillədə idi.

Bu mövsüm “Bavariya”dan başqa heç kimə uduzmayan Dortmund “Borussiya”sı “sarı divar”önündə gözlənilmədən “Bayer-04”ə minimal hesabla boyun əydi. “Arılar” 13 aydan sonra ilk dəfə bundesliqada meydanı qolsuz tərk etdilər. Komanda sonuncu dəfə bu aqibətlə ötən ilin martında “Leyptsiq” səfərində üzləşmişdi (0:2). “Bavariya” rəqiblərini top atəşinə tutmaqda davam edir. Yüngül zədəsi olan Keyni “Real” ilə cavab oyununa saxlayan Münhen nəhəngi onsuz “Sankt Pauli”yə səfərdə 5 top vurdu. “Rekordmayster” bu mövsüm bundesliqada səfərdə 12-ci dəfə bir oyunda ən azı 3 top vurdu. Bu, “böyük beşlik”də aşkar fərqlə ən yaxşı göstəricidi.

Beləliklə, sona 5 tur qalmış zirvədə xal fərqi 12-yə yüksəldi. Vensan Kompaninin komandası artıq gələn tur çempionluğu rəsmiləşdirə bilər. Amma bunun üçün münhenlilərin qələbəsindən başqa “Borussiya” da uduzmalıdı. “Union”u evə xalsız yola salan “Haydenhaym” 15 turluq qələbəsiz seriyaya son qoyaraq dekabrın əvvəllərindən bəri ilk dəfə hesabına 3 xal yazdı. “Leyptsiq” böyük çətinliklə də olsa, Münhenqladbax “Borussiya”sının müqavimətini qırmağı bacardı. Maraqlıdı ki, qələbəyə baxmayaraq, “öküzlər” 4-cü pilləyə gerilədilər. Bu, “Ştutqart”ın böyükhesablı qələbəsi üzündən baş verdi. “Hamburq”u evə 4 cavabsız qolla göndərən şvabiyalılar top fərqində (+22) “Leyptsiq”in (+20) önünə keçdilər.

“Volfsburq” əmin addımlarla 2-ci bundesliqaya doğru gedir. Bu dəfə evdə “Ayntraxt”a uduzan “canavalar”ın bundesliqada qələbəsiz seriyası 12 oyuna yüksəldi! Sona 5 tur qalmış “Volfsburq”u pley-off zonasından 4 xal ayırır. Özü də nəzərə alaq ki, bu 5 turdan birində rəqib “Bavariya” olacaq! Avrokubok iştirakçılarının duelində “Frayburq”a boyun əyən “Maynts-05”in evdəki 7 oyunluq məğlubiyyətsiz seriyası qırıldı.

29-cu tur
Sankt Pauli – Bavariya 0:5

Musiala, 9. Qoretska, 53. Olise, 55. Cekson, 65. Gerreyro, 88. (29546)
Bavariya: Noyer, Laymer, Kim Min Ce, İto (Ta, 67), Bişof, Kimmix (Devis, 59), Qoretska, Olise (Dias, 59), Gerreyro, Musiala (Ndiaye, 84), Cekson.

Borussiya D – Bayer-04 0:1
Andrix, 42. (81365)
Borussiya: Kobel, Ryuyerson (Kabar, 75), Anton, Şlotterbek, Bensebayni, Svensson (Bayer, 59), Bellingem (Salih Özcan, 76), Zabitser (Çukvuemeka, 64), Brandt, F.Silva (İnasio, 64), Girassi.
Bayer-04: Flekken, Kalbret (Vaskes, 74), Andrix, Bade, Tapsoba, Qrimaldo, Palasios, A.Qarsiya, Maza (Tillman, 90+2), Tella (Poku, 74), Kofane (Şik, 54).

Ştutqart – Hamburq 4:0
Ştiller, 21. Fürix, 32. Mittelştadt, 56. Əl-Xannus, 86. (60000)
Ştutqart: Nübel, Assinyon (Vaqnoman, 88), Şabo, Hendriks, Mittelştadt, Ştiller, Andres (Narti, 70), Levelinq, Dəniz Undav (Arevalo, 88), Fürix (Əl-Xannus, 70), Demiroviç (Tomas, 70).

Leyptsiq – Borussiya M 1:0
Diomande, 80. (47800)
Leyptsiq: Vandervoordt, Baku (Henrixs, 78), Orban, Bitşiabu, Raum, Baumqartner, Zayvald (Qruda, 78), Şlager, Diomande (Finkqrafe, 90+2), Nusa (Uedraoqo, 66), Romulo (Bakayoko, 66).

Auqsburq – Hoffenhaym 2:2
Klod-Moris, 11. Qreqoritş, 14 – Hranats, 35. Ture, 42. (28600)

Volfsburq – Ayntraxt F 1:2
Peyçinoviç, 90+7 – Höylunn, 21. Kalimuendo, 32. (26132)

Maynts-05 – Frayburq 0:1
Höler, 47. (30000)

Haydenhaym – Union 3:1
Honsak, 9; 36. Zivzivadze, 79 – Kverfeld, 75. (15000)

Köln – Verder 3:1
Əl-Mala, 7. Axe, 65. Bakhaus, 90+7-öz qapısına – Şmid, 75-p. (50000)

1. Bavariya 29 24 4 1 105-27 76
2. Borussiya D 29 19 7 3 60-29 64
3. Ştutqart 29 17 5 7 60-38 56
4. Leyptsiq 29 17 5 7 56-36 56
5. Bayer-04 29 15 7 7 59-39 52
6. Hoffenhaym 29 15 6 8 57-43 51
7. Ayntraxt F 29 11 9 9 54-54 42
8. Frayburq 29 11 7 11 42-47 40
9. Maynts-05 29 8 9 12 35-44 33
10. Auqsburq 29 9 6 14 36-53 33
11. Union 29 8 8 13 33-50 32
12. Hamburq 29 7 10 12 32-45 31
13. Köln 29 7 9 13 43-50 30
14. Borussiya M 29 7 9 13 35-49 30
15. Verder 29 7 7 15 32-52 28
16. Sankt Pauli 29 6 7 16 25-50 25
17. Volfsburq 29 5 6 18 39-65 21
18. Haydenhaym 29 4 7 18 32-64 19

Bombardirlər: Keyn (Bavariya) – 31, Dəniz Undav (Ştutqart) – 18, Dias (Bavariya) – 15, Girassi (Borussiya D) – 13.

Növbəti turun oyunları aprelin 17-19-u aralığında keçiriləcək: Sankt Pauli – Köln, Bavariya – Ştutqart, Frayburq – Haydenhaym, Borussiya M – Maynts-05, Hoffenhaym – Borussiya D, Verder – Hamburq, Ayntraxt F – Leyptsiq, Union – Volfsburq, Bayer-04 – Auqsburq.

Turun rəqəmi
105 – “Bavariya” bütün Almaniyanın həsrətlə gözlədiyi rekordu məhz bu tur yenilədi. “Sankt Pauli” ilə səfər matçında 5 dəfə fərqlənən ölkə futbolunun flaqmanı bu mövsüm bundesliqada vurduğu qolların sayını 105-ə çatdırdı. Məlum olduğu kimi, münhenlilərin özlərinin müəyyənləşdirdiyi 101 qolluq əvvəlki rekord 1971/72-dən bəri davam edirdi. Özü də heyrət doğuran məqam odu ki, sona hələ 5 tur var var. Bu gedişlə “Bavariya” “böyük beşliy”in də rekordçusu ola bilər. Bu göstəricidə rekord 1947/48-də (40 tura) 125 qol vuran “Torino”ya məxsusdu. Maraqlıdı ki, bundesliqa tarixində bir mövsümə ən çox qol vuran komandaların siyahısında ilk 10 pillədən 9-da “Bavariya” qərarlaşıb! “İlk-10-luğ”a yalnız 1981/82-də 95 qol vuran “Hamburq” düşməyi bacarıb. Bu, turnirin tarixinin ən yaxşı 8-ci göstəricisidi.

Turun ulduzu
Matias Honsak (Haydenhaym) – 29 yaşlı avstriyalı futbolçu bu tur dubl edən yeganə oyunçu oldu. Maraqlıdı ki, Honsak faktiki sol vinger olmasına baxmayaraq, buna qədər qol vurmamışdı. Bundesliqada keçirdiyi 25-ci oyunda o, mövsümdəki ilk qollarını vurdu. Məhz bu qollar sayəsində “Union”u yenən autsayder “Haydenhaym”ın elitada qalmaq ümidləri bir qədər də artdı.

Turun sitatı
Uli Höness, “Bavariya”nın fəxri prezidenti:

“Futbolda titullar hər şeydən önəmlidi. Rekordlar ikinci dərəcəli şeydi. Amma yenə də indiki komandanın bu qədər müddətdən sonra bizim dönəmimizdə müəyyənləşdirilən rekordu yeniləməsi mühüm hadisədi. Ötən həftə 100-cü qolu öz yetirməmiz olan Karlın vurması çox xoşuma gəldi (1971/72-də 100-cü qolu Höness vurmuşdu – red.). Bu, onu göstərir ki, “Bavariya”nın gələcəyi var. Bu komandaya və Kompaniyə paxıllıq etmirəm. Bu “Bavariya”nın qoldan doymaması dərhal diqqəti çəkir. Hətta 3-4 qol vurandan sonra da hücumları davam etdirirlər. Rekordlar da məhz bunun sayəsində qırılır”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Dünya futbolu

18-09-2022, 12:0

''Fənərbaxça''ya lazım olmayan Berişa ''Bavariya''nın ''evini yıxdı''

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

28-04-2023, 17:0

“Borussiya” sona 5 tur qalmış zirvəyə yerləşdi! – TURUN ŞƏRHİ

Dünya futbolu

8-02-2025, 20:0

“Bavariya” debütantdan üç qol buraxsa da... - İCMAL

Dünya futbolu

20-11-2024, 13:0

“Bavariya” fərqi artırır - İCMAL

Aktual
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Son xəbərlər
  • Bu gün, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Bu gün, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Bu gün, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 215
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 120
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 119
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə