Çoxdan gözlənilən oyun bu gün təşkil ediləcək. Bu gün Ər-Riyad şəhərində PSJ ilə Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Nəssr” klublarının ulduzlarından ibarət birgə komanda arasında yoldaşlıq matçı keçiriləcək.
Bu oyun daha çox PSJ-nin argentinalı hücumçusu Lionel Messi ilə “Əl-Nəssr”in yeni transferi Kriştiano Ronaldonun növbəti qarşılaşması kimi diqqəti cəlb edir. “Ekip” nəşrinin məlumatına görə, bügünkü matç PSJ-ni 10 milyon avrodan çox irəli salacaq. Fransa klubu bu məbləği 2022/23 mövsümünün büdcəsinə daxil edib. Bu isə rəhbərliyin PSJ-nin maliyyə göstəricilərini yaxşılaşdırmaq istəyi ilə bağlıdı. Xatırladaq ki, paytaxt təmsilçisi 2021/22 mövsümünü 369 milyon avro itki ilə başa vurub.
Yeri gəlmişkən, Səudiyyə Ərəbistanından olan milyarder Muşref Əl-Qamdi hərracda yoldaşlıq matçı üçün hazırlanan xüsusi biletə sahib çıxıb. Daşınmaz əmlak maqnatı kimi tanınan biznesmen bileti 2,6 milyon dollara alıb. Əl-Qamdi bu qədər xərcə düşməklə komandaların paltardəyişmə otağına daxil olmaq və futbolçularla şəkil çəkdirmək hüququ qazanıb. Qeyd edək ki, hərracın gedişində xüsusi biletin ilkin qiyməti 10 dəfə artıb.
Xüsusi bileti 2,6 milyon dollara aldı
Dünya futbolu

