• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Almatıda aldığım zəng həyatımı necə dəyişdi? - KÖŞƏ

Aktual / Yazarlar

23-10-2022, 14:0

Mənim üçün bu hekayə 25 il əvvəl Kür çayının qolu sayılan “Ağquşa”nın sahilində başlayıb.

Rayon mərkəzinə gedənlər bazarın yanında yerləşən köşkdən qəzetlər alıb gətirərdi. Biz “qəzet xəstələri” də çayın kənarında yerləşən söyüd ağacının altına toplaşar, acgözlüklə onları oxuyardıq. Dəstənin ən kiçiyi idim. Rayon mərkəzinə hazırlıq üçün getdiyimdən həftədə iki dəfə mütəşəkkil dəstəmizi qəzetlə təmin edənlərdən biri də mən idim. Amma bu dəfə qəzet gətirmək növbəsi məndə deyildi. Ona görə də özümü söyüdün altına çatdıranda artıq qəzetlər gəlmişdi. Adət etdiyim qəzetlərin arasında yeni bir ad gördüm. Yeni tapıntımız “Futbol+” idi. Dərhal da səhifələrini vərəqləməyə başladım, yazıları acgözlüklə oxudum. Bizim üçün əsl yenilik idi. Tam axtardığımızı tapmışdıq... Salyandakı bazarın ən uzaq küncünə “sürgün olunan” qəzet köşkündəki eynəkli yaşlı qadın məni yaxşı tanıyırdı. Bilirdi ki, həftədə azı iki dəfə köşkə özümü çatdıracam və cibimdəki son “500 manatı” da ona verib, 2-3 nüsxə qəzet alacam. Elə həmin gündən köşkdəki eynəkli yaşlı qadın məndən yeni sifariş qəbul etdi, ayıracağı qəzetlərin siyahısına yenisini əlavə edəcəkdi. Bundan sonra ictimai-siyasi qəzetlərlə birlikdə “Futbol+” də alacaqdım. Ondan sonra bu qəzet də başqaları kimi həmin o söyüdün altında əldən-ələ keçəcək, qaza həsrət, işığı saatla alan kəndimizin sakinlərinin növbəti dostuna çevriləcəkdi. 1998-ci ilin mayında orta məktəbi bitirib, ali təhsil almaq üçün Bakıya yollandım. Paytaxta gəlməyim həyatımı tam dəyişəcəkdi. Artıq işığı istədiyim vaxt yandıra biləcək, böyük şəhərin küçələrində doyunca gəzəcək və arzuladığım qəzetləri daha tez əldə edəcəkdim.

Amma bütün bunlarla yanaşı, təhsil qayğıları artmış, asudə vaxt azalmışdı. Deməli, qəzet oxumağa da daha az zaman qalırdı. Belədə məcbur idim ki, oxuduğum qəzetlərin də arasında seçim edim, sayı azaldım. Sözsüz, bu seçimin “Futbol+”ə dəxli yox idi. Heç bir halda “Futbol+”dən imtina etməyəcəkdim, onu oxumaq üçün vaxt tapacaqdım. Belə də oldu. Kirayə qaldığımız kiçik otaqda əlim çatan hər yerə qəzetin nüsxəsini yığırdım. Sevimli qəzetimizin vərəqlərini korlamaq, ona nəsə bükmək, nəyinsə altına sərmək olmazdı. Artıq növbəti il “Futbol+”ə məktub yazmağa başladım. Özü də məktubları poçta etibar etmirdim, öz əlimlə redaksiyaya aparır, kumirimə çevrilən “Futbol+” əməkdaşlarına əlbəəl təhvil verirdim. Beləcə, sevimli qəzetimin səhifələrində öz adımı oxumağın xoşbəxtliyini yaşamağa başladım. Vaxtaşırı fərqli mövzularla bağlı fikrimi bildirir, qəzetin daha da oxunaqlı olması üçün təkliflərimi verirdim.

2001-ci ildə qəzetin elan etdiyi müsabiqədən qalib çıxanlardan biri də mən oldum. Hətta redaksiyaya gəlib, ilk tapşırığımı da qəbul etdim. Amma tale elə gətirdi ki, özümü redaksiyanın təklif və tələb etdiyi qrafikdə çalışmağa hazır hiss etmədim və işə başlamağı təxirə saldım. Lakin çox hörmətli baş redaktorumuz Mahir Rüstəmli ilə tanışlığımız, ünsiyyətimiz davam etdi. Arzuladığım, həsrətində olduğum gün 2007-ci ilin qışında yetişdi. Azərbaycan millisi Qazaxıstan və Ermənistanla eyni qrupda yer alırdı. Şahin Diniyevin çalışdırdığı komanda bu qrupdan 2008-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə çıxmaq üçün onlarla yanaşı, Portuqaliya, Belçika və Serbiya ilə mübarizə aparacaqdı. Qazaxlarla eyni qrupda yer almağımız Azərbaycanda bu ölkənin futboluna marağı artırmışdı. Mən də həmin illərdə işimlə bağlı Almatıda yaşayırdım. Belədə Bakıdan Mahir bəyin zəngi gəldi, ara-sıra Qazaxıstan futbolu ilə bağlı maraqlı məlumatlar yazmağımı istədi. Bəxtimdən 2007-ci ilin qışında millimiz Çimkənd şəhərində keçirilən “Alma TV” kubokunun iştirakçısı oldu. Düzdü, Çimkəndə yollana bilmədim. Amma millimizin iştirakıyla keçirilən oyunların reportajını televiziyadan elə yazırdım ki, stadionda olmadığım hiss edilmirdi.

2008-ci ilin sonlarında Bakıya qayıtdım. Artıq Azərbaycan futboluna və “Futbol+”in redaksiyasına daha yaxın idim. Çempionatmızın oyunlarına baş çəkməyimdə, tez-tez redaksiyada keçirilən iclasların iştirakçısı olmağımda heç bir maneə qalmamışdı. Daha çox yazmağa başladım və bu minvalla “Futbol+”in bir parçasına çevrildim. O gün, bu gündü yolumuza davam edirik. “Futbol+” həm bir oxucu, həm bir yazar kimi həyatımın bir parçasına çevrilib. Birlikdə yolumuza davam edirik.

AMAL

Paylaş:
Digər xəbərlər
Aktual
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
Son xəbərlər
  • Bu gün, 20:02
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Bu gün, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Bu gün, 18:32
    Parisi tərk edəcək
  • Bu gün, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Bu gün, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Bu gün, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Bu gün, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Bu gün, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Bu gün, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Bu gün, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Bu gün, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Bu gün, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Bu gün, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Bu gün, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Bu gün, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Bu gün, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Bu gün, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Bu gün, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Bu gün, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Bu gün, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Bu gün, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Bu gün, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Bu gün, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Bu gün, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Bu gün, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
  • Bu gün, 08:52
    Səidcəmşid və Murad yarımfinalda - Dünya kuboku
  • Bu gün, 08:30
    “Bəlkə də İtaliya 64 komandalı turnirə vəsiqə qazanacaq...” - DÇ-nin zarafatı
  • Bu gün, 08:08
    Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası
  • Bu gün, 08:00
    PFL qalibləri mükafatlandırdı - "Ayın qolu"
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 247
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə