• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Byazinin narazılıq doğuran seçiminə real baxış - TƏHLİL

Aktual / Yazarlar

25-03-2022, 17:0

Bu gün milli Malta toplanışı çərçivəsində ilk yoxlama görüşünə çıxacaq.

İlk rəqib meydan sahibidisə, 4 gün sonra Latviya ilə üz-üzə gələcəyik. Ölkənin əsas komandasının baş məşqçisi Canni de Byazinin bu görüşlər üçün düşərgəyə dəvət etdiyi futbolçular heç də hamı tərəfindən razılıqla qarşılanmayıb. Xüsusilə “milliləşdirilən” Riçard Almeyda və Dmitri Nazarovun, zədə səbəbindən mövsümü boşa verən Bədavi Hüseynovun uzun fasilədən sonra milliyə çağrılması, zədəli olduğu bildirilən Mahir Emrelinin yoxlama görüşlərinə gəlməməsi, başqa bir zədəli Namik Ələskərovun Maltaya aparılması narazılıq doğurub. Bundan başqa, “Qarabağ”dan Şahruddin Məhəmmədəliyevin, “Qəbələ”dən Rövlan Muradovla Murad Musayevin kənarda qalması heç də xoş qarşılanmayıb. Bu narazılığın əsaslı, italyan mütəxəssisin seçiminin düzgün olub-olmadığını təhlil etmək qərarına gəldik.

“Çərçivə”...

Baş məşqçi yoxlama görüşləri üçün 3 qapıçıya dəvət göndərib. Bunlar “Zirə”dən Mehti Cənnətov, “Sabah”dan Səlahət Ağayev və “Qəbələ”dən Nicat Mehbalıyevdi. İstər Mehdinin, istərsə də Səlahətin artıq yığma təcrübəsi var. Hər ikisi dəfələrlə dəvət alıb. Bu mövqedə yeni sima Nicatdı. Qəzetimizin daimi oxucuları 3-cü dövrənin “Sumqayıt” – “Qəbələ” matçından sonra Kamran Ağayevin Nicatla bir tərəfə çəkilib uzun-uzadı söhbət etdiyini yazdığımızı bilir. Hələ onda qeyd etmişdik ki, U-21-in qolkiperinin əsas yığmaya dəvət olunmaq ehtimalı yetərincə yüksəkdi. İnsafən, Mehbalıyev mövsümboyu - son “Neftçi” və “Qarabağ” matçları istisna olmaqla - özünü yaxşı tərəfdən göstərə bilib. Qar səbəbindən “Zirə” ilə iki günü əhatə edən qarşılaşmada oyunun qəhrəmanlarından biri olan qapıçı qarşıdakı yoxlama görüşlərində meydana çıxmasa belə, ən azı yığmanın ab-havasını duyacaq. 22 yaşını sentyabrda tamamlayacaq Nicat gələcək üçün hesablanmış variantdı. Zədədən yeni qayıdan Şahruddin niyə dəvət almayıb? “Qarabağ”ın qolkiperinin nəyə qadir olduğunu baş məşqçi gözəl bilir. Onu da dərk edir ki, qapıçı zədədən yeni qayıdıb. Bu üzdən ona dəvət göndərməyib. Başqa yerli qapıçı diqqətdən kənarda qalıb? Fikrimizcə, beləsi yoxdu. Uzağı “Sumqayıt”dan Aydın Bayramovun adını çəkmək olar ki, o da son vaxtlar ideal formasından uzaq düşüb. “Kimyaçılar”ın ötən ilin oktyabrından qələbəyə həsrət qalmasında Aydının da “əməyi” var.

Üzdə olan müdafiəçilər dəvət olunub

Bu gün üçün arxa xəttin etibarlığını təmin edə biləcək müdafiəçilərin hamısı ölkənin əsas komandasının düşərgəsindədi. Adlara fikir verin: Maksim Medvedev, Bəhlul Mustafazadə, Azər Salahlı, Bədavi Hüseynov, Höccət Haqverdi, Təmkin Xəlilzadə, Toral Bayramov, Abbas Hüseynov və Amin Seydiyev. De Byazinin dəvət göndərdiyi 9 müdafiəçidən beşi lider “Qarabağ”ı, biri hazırda 2-ci pillədə qərarlaşan “Neftçi”ni, biri avrokuboklara iddialı “Sabah”ı, biri “üçlük”də olan “Zirə”ni, biri də “Sumqayıt”ı təmsil edir. Bəlkə də Höccətin bu siyahıda olmasına kimlərsə ağız büzə bilər. Ancaq o, “kimyaçılar”ın autsayderlər sırasında yer almasına baxmayaraq, çempionatda ən sabit oyun sərgiləyən müdafiəçilərdən biridi. “Qəbələ”dən Murad Musayevin kənarda qalmasına gəlincə, yığma məhəllə komandası deyil ki, özünü bir-iki oyunda yaxşı tərəfdən göstərəni dəvət edəsən. Düzdü, Muradla bağlı suala millinin baş məşqçisi belə cavab verib: “viza ilə bağlı yığmaya cəlb edə bilmədik”. Lakin onu da nəzərə almaq lazımdı ki, Murad klubunda belə etibarlı oyunla seçilmir. Müdafiədə onun səhvlərini ört-basdır edən braziliyalı Ruan Renatodu.

Yarımmüdafiəni göstər, necə komanda olduğunu deyim

Futbolda belə bir deyim var: “yarımmüdafiəni mənə göstər, necə komanda olduğunu deyim”. Yarımmüdafiə xətti istənilən komandanın düşünən beynidi. Və bu üzdən istənilən qarşılaşmada əsas yük yarımmüdafiəçilərin üzərinə düşür. Millinin baş məşçisinin yarımmüdafiə ilə bağlı seçimi isə belə olub: Riçard Almeyda, Qara Qarayev, Coşqun Diniyev, Filip Ozobiç, Eddi İsrafilov, Aleksey İsayev, Emin Mahmudov, Dmitri Nazarov. Əksəriyyət Riçardla Dmitrinin çağrılmasını ironiya ilə qarşılayır. Xüsusilə də yaş amili qabardılır. Əvvəlcə onu bildirim ki, bizə daim nümunə kimi Avropa göstərilib, az qala hər mövzuda “köhnə qitə”yə inteqrasiya olunmaq istəmişik. Ancaq nədənsə yaş məsələsi gələndə Avropa yaddan çıxır. Azərbaycanda yaşı 30-u keçmiş futbolçular təqaüdçü sayılır. Ancaq Qərbdə heç bir futbolçunun pasportunda yazılan bioloji yaşa baxılmır, bütün suallar meydanda həll olunur. İkincisi, Riçard “Qarabağ”la müqavilə bağlayanda, Qurban Qurbanov onun xidmətinə ehtiyac duyanda bu gün onun yığmaya dəvət almasına ağız büzənlərin heç biri bu haqda yazmadı, sosial şəbəkələrdə hocanın qərarına etiraz etmədi. İndi nə oldu? Qurban bəy həmin vaxt “elə futbolçular var ki, onların təcrübəsindən yararlanmaq lazımdı. Onların bəzən 15 dəqiqə meydanda etdiklərini 90 dəqiqə oynayan futbolçular edə bilmir” söyləyərək, Almeyda ilə nəyə görə yenidən müqavilə bağladığını əsaslandırmışdı. Bu gün üçün Riçarddan daha yaxşı top saxlamağı, lazım gələndə oyunun tempini yüksəltməyi və ya əksinə, aşağı salmağı bacaran ikinci futbolçu var premyer-liqada? Təbii ki, yoxdu. De Byazi də bu nüansları nəzərə alaraq ona dəvət göndərib. O ki qaldı Nazarova, onun hazırda hansı formada olması çoxları üçün maraqlıdı. Şərəfini qoruduğu “Ertsgebirge” ikinci bundesliqada 17-ci pillədə qərarlaşıb. Məgər komandanın autsayderlər sırasında olmasının məsuliyyəti yalnız onun üzərindədi? Nazarovla bağlı yeganə irad pul hərisi olmasıdı. Heç kimə sirr deyil ki, “milliləşdirilən” yarımmüdafiəçi dəfələrlə mükafat və qonorar davasına çıxıb. Çoxları deyir ki, yığmanın baş məşqçisi əvvəlcə kollektivin gəncləşdirilməsi yolunu tutmuşdusa, indi yenidən yaşlılara dəvət göndərir və hazırda millidə orta yaş həddi 28-di. Futbolla az-çox maraqlanan istənilən şəxs bilir ki, futbolçu üçün ən məhsuldar dönəm 25-30 yaş aralığıdı. Məhz bu dönəmdə futbolçular formalarının zirvə nöqtəsində olur. Belə olan halda hansı yaşlaşmadan söhbət gedə bilər?

Hücum və ya ikili standartlar

Son illər hücum xətti istər klublarıın, istərsə də millinin ən yaralı yeri olub. Ötən mövsüm premyer-liqanın ən sərrast oyunçuları Namik Ələskərovla Mahir Emreli olmuşdusa, cari mövsümün bombardirləri arasında ilk “üçlük”də bir nəfər də yerli futbolçu yoxdu. De Byazinin dəvət gönərdiyi Namik Ələskərov, Renat Dadaşov, Ramil Şeydayev və Ağabala Ramazanov “seçilmişlərdi”. Bu siyahıya Mahir Emrelini də əlavə etmək olardı ki, o da zədə səbəbindən yığmanın düşərgəsinə qatılmayıb. Ancaq bir məsələ var ki, italyan mütəxəssis Mahirə zədəyə görə güzəşt edibsə, Ələskərov zədəli olduğu halda Maltaya yollanıb. Bu məsələdə qaranlıq məqamlar var. Bizə elə gəlir ki, AFFA funksionerləri hansısa detalları publikadan gizlədir. Mahirin nazı ilə çox oynayırsız, a!

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet / Günün xəbəri

19-03-2022, 20:0

De Byazi onu uzun fasilədən sonra milliyə çağırdı - ÖZƏL

Ölkə futbolu

20-03-2022, 13:0

Millinin heyəti açıqlandı

Ölkə futbolu / Manşet

2-06-2022, 18:0

“Milli klublarında oynamayanlar üçün praktika yığmaq, “artırmaq” üçün yer deyil” - AÇIQLAMA

Müsahibə

25-03-2022, 18:0

“Qəbələ”nin kapitanı yığmadan dəvət alsa, qəbul etməyəcək - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

3-04-2022, 15:0

Utandılar və Maltadan birbaşa İtaliyaya getdilər - ÖZƏL AÇIQLAMA

Ölkə futbolu / Manşet

2-06-2022, 20:0

“Şans həmişə var" - AÇIQLAMA

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə