• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bu kollektivin qarşısına hansısa tələblər qoymaq yanlış olar" - Ayxan Abbasov

Premyer-liqa

20-10-2022, 21:0

Misli premyer-liqasında 11-ci tura start verilib.

"Qarabağ" "Turan Tovuz"u məğlub edib - 3:0. Oyundan sonra qonaqların çalışdırıcısı Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Qarabağ"la səfərdə oynamaq daha çətindi. Amma futbolçularım sona qədər vuruşdular. Əlbəttə, belə matçlar bizə vacibdi, inkişaf üçün. Danışılası çox şey yoxdu. Qarşıya baxacağıq. Çətin oyunlar gəlir. Bəzi mövqelər var ki, zədələr çətinlik yaradır. Amma qışa qədər dözmək lazımdı".


- Ben Aziz Dao oyuna hazır deyildi, yoxsa həyəcanlı idi?
- Planda yox idi onu oyuna buraxaq. Zədədən çıxmışdı. Cinahlarda başqa oyunçumuz olmadığına görə məcburiyyətdən onu meydana buraxdıq. Birdən-birə "Qarabağ" kimi cinahlarda təzyiq yaradan komandaya qarşı oynadı, çətinlik çəkdi.

- "Yaxşı qurtardıq" dediyiniz an oldu?
- Futboldu, real baxmaq lazımdı. "Qarabağ"ın bu heyətlə Avropada qarşısına çıxan yoxdu. Futbolçularıma belə oyunlar lazımdı. Hesab hər cür ola bilərdi. Qorxsaq, inkişaf edə bilmərik.

- Sizcə, oyuna cəsarətli başlasaydınız nəticə başqa cür olardı?
- Oyundan sonra qərarımızın səhv və ya düz olduğunu düşünmürük. Birinci qol fərdi səhv oldu. Bilirdik ki, orta sahədə top itirmək olmaz. Turanın ehtiyatsız pası, təkbətək çıxardı Ovusunu. Hazırlaşanda da bilirdik ki, evdə "Qarabağ" 10 dəqiqəyə qol vurmaq istəyir, böyük pressinq edir. Təəssüf ki, qol buraxdıq.

- Tərlan Quliyev niyə oynamadı?
- Sanki Tərlanın dostu-qardaşı kimi sual verdiniz. Bizim komandada hər kəs oynaya bilər, oynamaya da. Tərlan inandıqlarımızdandı, təcrübəlidi. 8 tur oynayıb. Bu gün komandada rəqabət var. Bəlkə də siz azarkeş, media işçisi kimi baxırsız. Rəqibə, səhvlərə baxırıq. Tərlan da oynayacaq. Hansısa futbolçunun oynmamasının izahatını verməli deyilik.

- Böyük hesabla uduzdunuz. Qazancınız nə oldu?
- İtirəcəyimiz bir şey yoxdu. "Turan Tovuz" 9 ildən sonra premyer-liqadadı. Komanda qurmaq istəyirik. Bu kollektivin qarşısına hansısa tələblər qoymaq yanlış olar. Çünki bölgə klubunu bu çempionata uyğunlaşdırmaq, belə rəqiblərə qarşı mübarizə aparmasına vaxt lazımdı. Bölgələrdə futbol var, amma tələsirik ki, nə qazandıq? Onu qazandıq ki, öz klublarında oynaya bilməyənlər futbolçular burada oynayır. Səbail Bağırovu qazanmışıq ki, I divizionda oynayırdı.

- Sizin fikrinizcə hansısa komanda "Qarabağ"ı dayandıra bilər?
- "Qarabağ" bu heyətlə çempionatda ikinci oyuna çıxdı. "Neftçi" və bizimlə matç. Onların gücü bəllidi. "Qarabağ"ın eyni gücdə heyəti var. Ehtiyatda olanlar digər komandalarda çempionluğa oynayar. Son illərin ən güclü heyətidi. Digər komandalar da var ki, iddialıdı. Çalışacaqlar ki, mübarizə aparsınlar.

- Kubokdakı yolunuzu necə dəyərləndirirsiniz?
- Normal yerdəyik. Digər komandalar kimi biz də maksimum çalışacağıq. Şamaxıda oynayacağıq. Onlar evdə çox yaxşı oynayır. Yolumuza davam etməyə səy göstərəcəyik.

- Hamı deyir ki, "Qarabağ" güclüdü. Digər 9 məşqçi nə zaman iddialı olacaq?
- Razı deyiləm sizinlə. Bu, böyük mövzudu. Qısa deyərdim ki, reallıq var. Sizdən tələb etsəm ki, hansısa büdcəli, böyük dünya mediası ilə mübarizə aparın, 100 səbəb gətirərsiz. Mən də gətrirə bilərəm. "Qarabağ" deyəndə, demirik ki, qorxmuruq. Çıxım deyim ki, onları udmağa gəlmişəm. Bu da reallıq deyil axı. Futbolçuları motivasiya edirik, rəqibi təhlil edirik, uduzmaq istəmirik. Heç kim komandasına demir ki, "Qarabağ" güclüdü, uduzacağıq. "Qarabağ"la mübarizə aparmaq çox çətindi.

- Ehtiram qısa müddətdə iki dəfə zədələnib...
- Digər komandalarda da baş verir. Çempionatın ikinci dövrəsidi. Süni meydança amili də var. Bizim çempionatda mübarizə var, çətin liqadı.

- Runinin çıxışı sizi qane edir? Fikrinizdə tutduğunuz hücumçudu?
- Runi 5 qol vurub. Özü də "Turan Tovuz"da. Digər komandalarda hücumçu göstərərəm ki, Runinin aldığının üç qatını alır və bir qolu da yoxdu.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

11-09-2022, 23:0

"Oyuna yenidən baxmaq lazımdı" - Murad Musayev

Premyer-liqa

16-09-2022, 21:0

"Ustalıq öz sözünü dedi" - Ayxan Abbasov

Premyer-liqa

9-09-2022, 20:0

"Kəpəz”də olan dəyişikliklərdən sonra sürprizlə qarşılaşa bilərdik" - Ayxan Abbasov

Premyer-liqa

2-10-2022, 19:0

"Bu cür oyunlara başqa cür köklənməliyik" - Murad Musayev

Avropa Liqası

5-10-2022, 20:0

"Rəqibə hörmətlə yanaşırıq" - Miçel Qonzales

Premyer-liqa

14-10-2022, 18:0

"Hədəfimiz xal və xallar qazanmaqdı" - Vüqar Əsgərli

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Bu gün, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Bu gün, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Bu gün, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Bu gün, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Bu gün, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Bu gün, 18:26
    Birmingemdən Londona yollandı
  • Bu gün, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Bu gün, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Bu gün, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Bu gün, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Bu gün, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Bu gün, 14:41
    “Dinamo”da kimlər var?
  • Bu gün, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Bu gün, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Bu gün, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Bu gün, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Bu gün, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Bu gün, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Bu gün, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Bu gün, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Bu gün, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Bu gün, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Bu gün, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 176
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə