"Rəqibə hörmətlə yanaşırıq" - Miçel Qonzales

5.10.2022 20:30 585
Avropa Liqası
Sabah Avropa Liqasında 3-cü tura start veriləcək.

"Qarabağ" səfərdə "Olimpiakos"la qarşılaşacaq. Oyundan öncə rəqibin çalışdırıcısı Miçel Qonzalesin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Qalib gəlmək istəyirik və bunu bacara bilərik. Başqa düşüncə tərzi yoxdu. Bizim Avropada nüfuzumuz var. Mənim fəlsəfəm həmişə qələbə üçün oynamaqdı. "Qarabağ" bəzi top komandalarla oyunlarda gözəl qələbələr qazanıb. İllərdi avrokubokların qrup mərhələsində çıxış edir. Rəqibə hörmətlə yanaşırıq".