"Oyuna yenidən baxmaq lazımdı" - Murad Musayev

11.09.2022 23:01 496
Premyer-liqa
Misli premyer-liqasında 6-cı tura yekun vurulub.

Son oyun günündə "Qarabağ" "Sabah"la qarşılaşıb. Meydan sahiblərinin 4:3 hesabı ilə qalib gəldiyi görüşdən sonra qonaqların çalışdırıcısı Murad Musayevin mətbuat konfransı keçirilib. Sizi rusiyalı mütəxəssisin fikirləri ilə tanış edirik:

"Futbolçulara meydanda göstərdikləri xarakterə görə təşəkkür edirəm. Oyunun böyük hissəsini azlıqda oynadıq. "Qarabağ"a qarşı azlıqda oynamaq çətindi. Sona qədər nizam-intizamı saxlamaq lazım idi".

- Hakim idarəçiliyi ilə bağlı fikriniz necədi?
- Oyuna yenidən baxmaq lazımdı. Mübahisəli epizodlar var idi. 4-cü qoldan öncə top rəqibdən çıxmışdı. Amma autu bizə qarşı verdi. Buna etiraz edirdim. Epizodlara yenidən baxmaq lazımdı.