"Napoli" qapıçı məsələsini həll etdi

5.10.2022 23:10 350
Dünya futbolu
"Napoli"nin qapıçısı Aleks Meretin taleyinə aydınlıq gəlib.

O, klub ilə müqaviləsini uzadıb. Bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni sözləşmə 2024-cü ilə qədər davam edəcək və daha bir mövsüm uzadıla bilər. Hazırkı müqavilə cari mövsümün sonunda başa çatır.