“Napoli”nin qapıçısı növbəti dəfə sıradan çıxdı

13.03.2022 22:34 555
Dünya futbolu
“Napoli”nin məşqçiləri Aleks Meretə görə narahatdılar.

Komandanın qapıçısı növbəti dəfə sıradan çıxıb. Meretin onurğasında yenə ciddi problem aşkarlanıb. Xatırladaq ki, 24 yaşlı futbolçu keçən ilin sentyabrında da həmin nahiyyədən zədə almışdı. Aleks bu səbəbdən A seriyasının cari mövsümündə yalnız 4 oyunda meydana çıxıb.