Gəncənin böyüyü kimdi: “Kəpəz”, yoxsa “Gəncəbasar”?

20.08.2026 13:58 25
Aktual / Ölkə futbolu
Premyer-liqada bu həftə 2-ci turun oyunları keçiriləcək. “Kəpəz” bu dəfə ölkəmizi Konfrans Liqasında təmsil edən “Qarabağ”la qarşılaşmalıydı. Məlum səbəbdən oyun təxirə salınıb.

Bu səbəbdən vaxtı daha səmərəli dəyərləndirmək üçün “Kəpəz” avqustun 23-də “Gəncəbasar”la yoxlama matçına çıxacaq. “Gəncəbasar”ın rəhbərliyinin vaxtilə məhz “Kəpəz”də çalışdığını nəzərə alsaq, bu oyunun nəticəsi maraq doğurur.

Bəs yoxlama oyunu ideyası kimdən gəlib? “Football-plus.az” bu suala cavab tapmaq üçün “Kəpəz”in mətbuat katibi Gəray Qiyasovla əlaqə saxlayıb:

“Məncə, ideyanın hansı tərəfdən olmasının elə də önəmi yoxdu. Bu futboldu. Mövsüm başlayıb və biz 1-ci turun oyununu keçirmişik. İkinci turun oyunu təxirə salınıb. Bu da futbolçuların boş qalmasına və tempin bir qədər aşağı düşməsinə səbəb ola bilər. Futbolçular üçün oyun keçirmək, daim formada qalmaq vacibdi. Yəni oyundan hər iki tərəf qazanacaq. Burda əsas qazanc futbolçuların formadan düşməməsi olacaq”.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul