"Səfərdə də yaxşı oyun göstərmək istəyirik" - "Hapoel"in baş məşqçisi

20.08.2026 09:23 11
Avrokuboklar / Manşet
"Hapoel" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Sabah"ı məğlub etdi.

"Football-plus.az" xəbər verir ki, İsrail təmsilçisinin baş məşqçisi Ran Kojuk oyunsonrası mətbuat konfransında matç haqda bunları qeyd edib:

"Qələbə qazansaq da, bu, yalnız mübarizənin yarısıdır. Futbolçuların oyunundan razıyam. Meydanda çox çalışdılar. “Sabah”ın qoluna hazır idik. Rəqib topla yaxşı oynayan kollektivdi. Ötürmə vaxtı səhv etdik və onlar da bundan yararlandılar. Rəqibi qiymətləndiririk. Səfərdə də yaxşı oyun göstərmək istəyirik”.