Belə görünür, ''Trabzonspor'' Darvin Nunyesə qovuşa bilməyəcək. Halbuki trabzonluların ''Əl-Hilal''ın forvardının keçidini bitirməyə yaxın olduğu vurğulanılırdı. Hətta ''9'' nömrəli formanın uruqvaylı futbolçu üçün ayrıldığı da bildirilmişdi.
Fanatlar transferin tezliklə bitəcəyini və onun xüsusi təyyarə ilə Türkiyəyə gələcəyini gözlədikləri bir vaxtda tamam fərqli bir xəbər gəlib. Tanınmış italiyalı insayder Fabritsio Romano ''Trabzonspor''la Nunyes arasında heç bir anlaşma olmadığını bildirib. Ona görə də 27 yaşlı futbolçunun Türkiyəyə uçuş planının nəzərdə tutulmadığını qeyd edib.
Çox güman, tərəflər maddi məsələdə anlaşa bilməyiblər. Romano Nunyesin hazırda Avropa və Səudiyyə Ərəbistanından olan digər təklifləri nəzərdən keçirdiyini əlavə edib. Hətta onun sözlərinə inansaq, tanınmış forvardın Səudiyyə Ərəbistanında qalmaq ehtimalı artıb. Belə ki, ona debütant ''Əl-Diriyah'' ciddi maraq göstərir və tərəflər artıq anlaşmaq üzrədi.
''Trabzonspor'' Nunyes sevdasından vaz keçməli oldu
Dünya futbolu






