"Qarabağ" "Sürix"i keçsə, bu rəqiblərlə qarşılaşa bilər...

14.07.2022 10:18 995
Çempionlar Liqası
Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib.

Football-plus.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın da 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Belə ki, "köhlən atlar" İsveçrə "Sürix"ini mübarizədən kənarlaşdırsa, səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, Qurban Qurbanovun komandası nisbətən zəif çempionlardan biri ilə qarşılaşacaq.

Yalnız iki komanda 3-cü raunddan mübarizəyə qoşulacaq. Onlardan “Srvena Zvezda” (Serbiya) güclülərin, “Apollon” (Kipr) isə zəiflərin səbətində qərarlaşacaq. Yəni, bu, o deməkdi ki, Kipr klubu “Qarabağ”a potensial rəqiblərdən biridi.

Digər mümkün rəqiblər isə 2-ci təsnifat mərhələsinin cütlərinin qaliblərindən formalaşacaq. Bunlar “Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya), “Maribor” (“Sloveniya”) – “Şerif” (Moldova), “Linfild” (Şimali İrlandiya) – “Bodo-Qlimt” (Norveç) və “Ferensvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) cütlərinin qalibləri olacaq. Məlum səbəblərdən Azərbaycan çempionu "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütünə rəqib ola bilməz.



Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

Səpələnmişlər

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi

"Srvena Zvezda" (Serbiya)

"Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) cütünün qalibi

HİK (Finlandiya) - "Viktoriya" (Çexiya)

"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)

"Jalgiris" (Litva) - "Malmö" (İsveç)



Səpələnməmişlər

"Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya)

"Maribor" (Sloveniya) - "Şerif" (Moldova)

"Linfild" (Şimali İrlandiya) - "Bodo-Qlimt" (Norveç)

"Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Slovakiya)

"Apollon" (Kipr)

"Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq)



Liqa Yolu

Səpələnmişlər

"Benfika" (Portuqaliya)

"Reyncers" (Şotlandiya)

"Dinamo" (Kiyev, Ukrayna) - "Fənərbaxça" (Türkiyə) cütünün qalibi

PSV (Niderland)



Səpələnməmişlər

"Monako" (FrANSA)

"Midtülland" (Danimarka) - AEK (Kipr) cütünün qalibi

"Şturm" (Avstriya)

"Yunion" (Belçika)

Qeyd edək ki, ÇL-də 3-cü təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq.