3-cü təsnifat mərhələsinin bütün cütləri - Çempionlar Liqası

28.07.2022 10:11 730
Çempionlar Liqası
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin bütün cütləri dəqiqləşib.

"Football-plus.az" xəbər verir ki, turnirdə mübarizəni davam etdirən təmsilçimiz "Qarabağ" bu mərhələdə "Ferentsvaroş"la (Macarıstan) qarşılaşacaq. Millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su (Xorvatiya) isə "Ludoqorets"lə (Bolqarıstan) üz-üzə gələcək.

ÇL-də 3-cü təsnifat mərhələsinin bütün cütləri

Çempionlar yolu

"Makkabi" (Hayfa, İsrail) - "Apollon" (Limassol, Kipr)

"Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan)

"Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

"Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya

"Bodo Qlimt" (Norveç) - "Jalgiris" (Litva)

"Srvena Zvezda" (Serbiya) – "Pünik" (Ermənistan)

Liqa yolu

"Monako" (Fransa) – PSV (Niderland)

"Dinamo" (Kiyev, Ukrayna) - "Şturm Qrats" (Avstriya)

"Yunion" (Belçika) – "Reyncers" (Şotlandiya)

"Benfika" (Portuqaliya) – "Midtyulland" (Danimarka)

Qeyd edək ki, bu mərhələnin ilk görüşləri 2-3 avqustda, cavab matçları isə 9-10 avqustda keçiriləcək.