Mahir Emrelinin komandası Çempionlar Liqasında yoluna davam etsə... - SİYAHI

18.07.2022 14:21 728
Çempionlar Liqası
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Football-plus.az xəbər verir ki, tədbirdə 10 cüt müəyyənləşib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Şimali Makedoniya "Şkupi"sini mübarizədən kənarlaşdırsa, "Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

Çempionlar Yolu

"Makkabi" (Hayfa, İsrail) / "Olimpiakos" (Yunanıstan) cütünün qalibi - "Apollon" (Limassol, Cənubi Kipr)

"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) cütünün qalibi / "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi

"Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi / "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi

"Maribor" (Sloveniya) / "Şerif" (Moldova) cütünün qalibi - HİK (Finlandiya) / "Viktoriya" (Plzen, Çexiya) cütünün qalibi

"Linfild" (Şimali İrlandiya) / "Budyo Qlimt" (Norveç) - "Jalgiris" (Litva) / "Malmö" (İsveç) cütünün qalibi

"Srvena Zvezda" (Serbiya) - "Pünik" (Ermənistan) / "Düdelanj" (Lüksemburq)

Liqa yolu
"Monako" - PSV (Niderland)

"Dinamo" (Kiyev, Ukrayna) / "Fənərbaxça" (Türkiyə) - "Şturm" (Qrats, Avstriya)

"Yunion" (Belçika) - "Reyncers" (Şotlandiya)

"Benfika" (Portuqaliya) - "Midtüllann" (Danimarka) / AEK (Larnaka, Cənubi Kipr)