Renat Dadaşov komandasını məğlubiyyətdən xilas etdi

10.08.2022 22:55 394
Ölkə futbolu
İsveçrə superliqasında 1-ci turdan təxirə salınan oyun keçirilib.

Football-plus.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Qrasshopper" səfərdə "Luzern"lə qarşılaşıb. Matç heç-heçə bitib - 1:1. Həmyerlimiz görüşə start heyətində başlayıb.

O, 38-ci dəqiqədə bərabərlik qolunu vurub. Renat 60-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 4 turdan sonra "Qrasshopper"in aktivində 8 xal var. Komanda "Yanq Boyz"la liderliyi bölüşür.