Azərbaycanlı futbolçu İsveçrədə hamını qabaqladı

4.08.2022 10:00 362
Dünya futbolu
İsveçrə çempionatında 3-cü turun ən yaxşı futbolçusu açıqlanıb.

Football-plus.az xəbər verir ki, Azərbaycan millisinin “Qrasshopper”də çıxış edən üzvü Renat Dadaşov bu ada layiq görülüb. Forvard 3-cü turda "Yanq Boyz"la görüşdə (1:1) komandasının yeganə qolunu vurub.

Qeyd edək ki, Renat “Qrasshopper”lə iyulun 9-u "2+1" illik müqavilə imzalayıb.