Renat Dadaşov qol vurdu, komandası lider oldu - VİDEO

13.08.2022 23:59 1 424
Dünya futbolu
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin "Qrashoppers" klubunda növbəti qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, forvard Super Liqanın V turunda "Sion"la səfər matçında fərqlənib. 46-cı dəqiqədə meydana çıxan futbolçumuz 63-cü dəqiqədə komandasının 2-ci qolunu vurub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

5 turdan sonra 9 xalı olan "Qrashoppers" hazırda liderdir.