• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şöhrətin zirvəsindən dəmir barmaqlıqlar arasına!

İdman

14-08-2022, 20:0

ABŞ yığmasının heyətində ikiqat olimpiya çempionu olan Brittni Qraynerin Rusiyada cəzasını ümumi rejimli islah-əmək müəssisəsində çəkməklə 9 illik həbs cəzası aldığını xəbər vermişdik. Düzdü, onun hələ cəzadan qurtulmaq imkanı var. Yəni basketbolçunun vəkilləri apellyasıya məhkəməsinə üz tutacaq, ardından amerikalı xanımın əfv olunması, ABŞ həbsxanalarında cəza çəkən ruslarla dəyişdirilməsi variantları da var. Ancaq nə olur-olsun, Qrayner 6 aydı “yatır”, üzərində məhbus damğası var. Təəssüf ki, o, dustaq həyatı yaşayan ilk olimpiya çempionu deyil. Özü də nümunə göstərmək üçün uzaq tarixə boylanmaq lazım deyil, elə yaxın tarixdə də belələri çoxdu.
Peter Farkaş
Xarakterinə görə Qrayner mövzusuna ən yaxın cinayəti 1992-ci ildə yunan-Rona güləşi üzrə olimpiya çempionu – macar Peter Farkaş törədib. Ulduz idmançı karyerasını bitirəndən sonra gözlənilmədən narkobizneslə məşğul oldu. Peter 2004-cü ildə marixuana yetişdirməyə və onu evinin zirzəmisində saxlamağa, həmçinin kannabis ticarətinə görə həbs olundu. Bu üzdən 5 il həbs cəzası alan sabiq idmançı xaricə qaçdı. 2009-cu ildə güləş əfsanəsini İnterpolun orderi əsasında həbs edib, vətənə ekstradisiya etdilər, Macarıstanda cəzadan yayındığına görə əvvəlki 5 ilin üzərinə iki il də əlavə olundu. Nəhayət, 2014-cü ildə artıq bütün dövlət mükafatlarından məhrum olunan Farkaş vaxtından əvvəl şərti azadlığa çıxdı.
Petter Nortuq
Ulduz idmançılar arasında ən çox yayılmış cinayət növü avtomobili sərxoş vəziyyətdə idarə etməkdi. Belə tarixçələr onlarladı. Spirtli içki qəbul edəndən sonra yaxalanmaq problemini tarixdə ən titullu olimpiya çempionu Maykl Felps, İsveç hokkey yığmasının heyətində olimpiya çempionu olan Tommi Salo və başqaları yaşayıb. Bu yöndə ən ibrətamiz hekayələrdən biri Olimpiada-2010-un ikiqat qalibi, norveçli xizəkçi Petter Nortuqun adı ilə bağlıdı. O, 2014-cü ilin oktyabrında sərxoş vəziyyətdə maşın sürdüyünə və yalan ifadə verdiyinə görə 50 günlük ev həbsinə məhkum olundu, ancaq bununla sakitləşmədi. 2020-ci ildə Nortuqu yenə sürət həddini aşdığına və narkotik saxladığına görə həbs etdilər. Nəticədə daha 7 aylığa azadlıqdan məhrum olundu.
Otılya Yedrjeçkak
Qadın olimpiya çempionları kişilərlə müqayisədə daha az cəzalanırlar. Batterflyay üsulu ilə 200 metr məsafəyə üzmədə Olimpiada-2004-ün qalibi olan polşalı Otılya Yedrjeyçak avtomobil qəzası üzündən olduqca arzuolunmaz vəziyyətə düşüb. 2005-ci ildə onun sükanı arxasında olduğu maşın saatda 180 km sürət ilə ağaca çırpılıb. İdmançı həyatda qalsa da, maşında olan qardaşı dünyasını dəyişib. Otolya bilməyərəkdən ölümə yol vermək ittihamı ilə hakim önünə çıxıb. Prokurorluq günahını boynuna alacağı təqdirdə ona şərti iş cəzası təklif edirdi, ancaq olimpiya çempionu qəzanın maşının səhlənkarcasına idarə etməsinin yox, təsadüfün nəticəsi olduğunu bildirirdi. Nəticədə Otılya 2007-də 9 aylı ev həbsinə layiq görüldü, ictimai işlər görməli oldu və bir il sükan arxasına keçə bilmədi.
Aleksandr Tixonov
SSRİ yığmasının heyətində dördqat olimpiya çempionu olan Tixonov 2007-də Kemerovo vilayətinin sabiq qubernatoru Aman Tuleyevin pul müqabilində qətlində iştirakına görə 3 illiyə azadlıqdan məhrum olundu. Ancaq hökmdən dərhal sonra məşhur idmançı Böyük Vətən Müharibəsində qələbənin 55 illiyi münasibəti ilə elan olunan amnistiya aktı əsasında elə zaldaca azadlığa çıxdı. Veteran idmançı indiyə qədər də özünü günahkar saymır və deyir ki, bu iş saxtalaşdırılıb. İstintaq dövründə, eləcə də hökm oxunandan bir il sonra Tixonov Rusiya Biatlonçular İttifaqının rəhbəri postunu tuturdu.
Naydanqiyn Tuvşinbayar
Monqolustanın ilk olimpiya çempionu dostunu öldürdüyünə görə 2022-də 16 il həbs cəzası alıb. 2008-in Pekin Olimpiadasında fəxri kürsünün ən yüksək pilləsinə qalxan cüdoçu sərxoş vəziyyətdə məşq yoldaşı, yığma üzvü Erdenbileq Enxbatı qəddarcasına döyüb. Zərərçəkən 8 ay komada qalıb. Onu həm vətənində, həm də Koreyada xilas etməyə çalışıblar. Ancaq bütün bu cəhdlər nəticə verməyib və Enxbat ötən il vəfat edib. Naydanqiyn günahını boynuna alaraq öldürdüyü dostunun ailəsinə ömrünün sonuna qədər yardım etməyi boynuna götürüb.
Merion Cons
Amerika yüngül atletikasının ulduzu 2008-də yalan ifadə verdiyinə görə 6 aylığa həbs olunub. Cons steroid qəbuluna dair ittihamı məhkəmədə rədd etsə də, sonradan onun yalan danışdığı üzə çıxıb. Daha doğrusu, Merionu məşqçisi və sabiq həyat yoldaşları “satıb”. İdmançı bütün olimpiya mükafatlarından, o cümlədən 2000-də Sidneydə sprintdə və uzununa tullanmada qazandığı üç “qızıl”dan məhrum olunub. Südəmər oğlunun olmasına baxmayaraq, amerikalı cəzasını çəkib. Həbsdən və daha bir övladı dünyaya gələndən sonra basketbol karyerasına başlamaq istəsə də, alınmadı.
Boris Bekker
Məşhur almaniyalı tennisçi Mihael Ştixlə birgə 1992-ci il Olimpiadasında cütlərin yarışının qalibi oldu. Ancaq “Böyük dəbilqə” turnirlərinin altıqat qalibi karyerasını bitirəndən sonra uğursuz maliyyə yatırımları etdi, üstəlik boşanma zamanı da böyük vəsait itirdi. Bekker 2017-də kredit borclarına görə müflis elan olundu, ancaq əmlakını banklardan gizlətməklə “haqq yoluna gəlmək” fikrində olmadığını göstərdi. Nəticədə 2022-də maliyyə cinayətlərinə görə 2,5 il həbs cəzası aldı və hazırda dəmir barmaqlıqlar arasındadı.
Matti Nyukanen
Tramplindən xizəklə tullanma üzrə dördqat olimpiya çempionu (1984-cü və 1988-ci il Olimpiadalarında qalib gəlib) karyerasını bitirəndən sonra alkoqol ehtirasını cilovlaya bilmədi və müntəzəm qanunla bağlı problem yaşamağa başladı. 2004-də ailə zorakılığına görə şərti cəza aldı, ardından ağırlaşdırıcı hallarla hücuma görə həbsə atıldı. Nyukanen sərxoş halda badə yoldaşına bıçaqla hücum edərək belindən yaralamışdı ki, buna görə 26 aylıq həbs cəzası aldı. 2005-də vaxtından əvvəl şərti azadlığa çıxan Matti musiqiçi karyerasın başlamağa çalışdı. Əfsanəvi idmançı 2019-da gözlənilmədən pnevmoniyadan dünyasını dəyişdi.
Oskar Pistorius
Cənubi Afrikadan olan qaçışçı olimpiya çempionu olmayıb, ancaq altı dəfə Paralimpiya Oyunlarında zirvəyə yüksəlib. Oskar məhkəmə yolu ilə sağlam atletlərlə yarışmaq hüququnu əldə edib, 2012-ci ilin London Olimpiadasında protezlə mübarizə apardı. Şöhrətin zirvəsində olduğu 2013-də qız dostu Riva Stenkampın ölümünə görə həbsə atıldı. İdmançı əmin edirdi ki, evə soyğunçunun basqın etdiyini düşünərək, vanna otağının qapısının arxasından təsadüfən qıza atəş açıb. İttiham tərəfi isə onun qısqanclıq zəminində qətl törətdiyinə əmin idi. Pistorius əvvəlcə 5 il həbs cəzası alsa da, 2017-də cəzası 13 il 5 aya çatdırıldı.
Volfhanq Şvarts
1968-ci il Olimpiadasında fiqurlu konküsürmə üzrə qalib olan Şvarts 2002-də insan alverinə görə vətəni Avstriyada ilyarımlığa həbsə atıldı. Sabiq idmançı Şərqi Avropadan Avstriyanın gizli bordellərinə fahişə daşıyan bandanın üzvlərindən biri idi. Həbs dönəmində onda xərçəng xəstəliyi üzə çıxdığından vaxtından əvvəl şərti cəza ilə azadlığıa çıxdı. Ancaq tezliklə nəhəng biznesmenlərdən birinin qızının oğurlamaqda təhrikçiliyə görə yenidən onu həbs etdilər. Bu dəfə 10 il cəza aldı, sadəcə, sağlıq durumuna görə 2014-də azadlığa çıxa bildi.

Paylaş:
Digər xəbərlər

İdman

17-07-2022, 11:0

Qadın MBA-sı Rusiya klubları ilə anlaşmaya qadağa qoyub

İdman

30-07-2022, 16:0

İkiqat olimpiya çempionu terrorçulara silah satanla dəyişdiriləcək?

İdman

8-07-2022, 16:0

Basketbolçunun məktubu Baydenə çatıb

İdman

10-07-2022, 12:0

Beynəlxalq qalmaqal: rus əvvəl iş verəcək, sonra dəyişəcək!

İdman

3-07-2022, 09:0

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

İdman

7-08-2022, 09:0

Ruslar amerikalı olimpiya çempionuna sərt cəza verdi

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə