• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Beynəlxalq qalmaqal: rus əvvəl iş verəcək, sonra dəyişəcək!

İdman

10-07-2022, 12:0

Ximki Şəhər Məhkəməsində fevralda Rusiyada – “Şeremetyevo” hava limanında həşiş yağının qaçaqmalçılığı ittihamı ilə həbs olunan məşhur amerikalı basketbolçu Brittni Qraynerin işi üzrə məhkəmənin 2-ci iclası keçirilib. Çoxları belə hesab edirdi ki, bu yalnız uzun məhkəmə prosesinin əvvəlidi, ancaq ikiqat olimpiya çempionu dərhal günahını boynuna alıb. Tərcüməçi məhkəmədə belə deyib: “Miss Qrayner günahını boynuna aldığını bəyan edir. Onun çantasında narkotik daşımaq, cinayət etmək niyyəti olmayıb”.
Qrayner özü isə iyulun 14-də ifadə verəcək. Xatırladaq ki, basketbolçu Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur. Narkotik qaçaqmalçılığına görə onu 5 ildən 10 ilə qədər həbs gözləyirsə, narkotiki qeyri-qanuni şəkildə daşımağa görə cərimə oluna və ya 3 ilə qədər həbs cəzası ala bilər.
Məhkəməni izləyənlər arasında xeyli sayda rusiyalı və əcnəbi jurnalist olub. İclasdan sonra Qraynerin vəkili Mariya Blaqovolina müsahibə verib.
- İkinci iclasda günahı boynuna almaq müdafiə tərəfinin xüsusi planıdı?
- Yox. Brittni bu qərar üzərində uzun müddət düşündü, lehinə və əleyhinə olan bütün amilləri götür-qoy etdi, bizlə məsləhətləşdi və son nəticədə dedi ki, günahını etiraf etməyə hazırdı. Məhkəmə davam edir. İndi iş bizim üzərimizə düşür. Növbəti iclaslarda artıq bizim şahidlər sorğu-sual olunacaq.
- Basketbolçu günahını tam boynuna aldı?
- Bəli.
- Bu işdə nəyə ümid edirsiz?
- Məhkəmənin mərhəmətinə. İşin bütün hallarını, Brittninin şəxsiyyətini nəzərə almaqla. Onun böyük idmançı olduğuna heç kimin şübhəsi yoxdu. Sözsüz, günahını boynuna alması da nəzərə alınmalıdı. Odu ki, mümkün olan ən yüngül cəzanı gözləyirik.
- İlk iclasdan fərqli bu dəfə Brittni daha ruhdan düşmüş görünürdü. Bu nə ilə bağlıdı?
- İlk iclasda salonda sərin hava vardı. Amma bu gün işləmək çətin idi.
- Onun ailəsi ilə danışmaq imkanı olacaqmı?
- Zəng etmək üçün icazə alınıb, ancaq hələ ki danışığı texniki cəhətdən təşkil etmək olmur. Yaxın vaxtlarda logistika ilə bağlı problemləri həll edəcəyimizə ümid edirəm.
Amerikanın Moskvadakı diplomatik missiyasının müavini Elizabet Rud da iclası izləyənlər arasında idi. O, ABŞ prezidenti Co Baydenin məktubunu basketbolçuya çatdırdığını bildirdi. Çərşənbə günü Ağ Evdən yayılan açıqlamada deyilir ki, Bayden və vitse-prezident Kamala Harris Brittninin ailəsi ilə telefon danışığı aparıb, həmçinin basketbolçunun prezidentə ünvanladığı məktuba cavab yazılıb. ABŞ-ın rəhbəri basketbolçunun ailəsinə dəstəyini ifadə edib və problemin həlli üçün çalışdığını bildirib.
İkiqat olimpiya və ikiqat dünya çempionu 2008-də Taylandda həbs olunan və ardından ABŞ-a verilən rusiyalı biznesmen Viktor Butla dəyişdirilə bilər. “Kolumbiyanın inqilabçı hərbi qüvvələri” adlanan və ABŞ-ın terror təşkilatı saydığı quruma silah satmaqda suçlanan But 25 illiyə həbs olunub. ABŞ-ın xüsusi xidmət orqanları onu dünyada qeyri-leqal silah ticarətinin ən nəhəng fiqurlarından biri sayır. But günahını boynuna almır. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da dəyiş-düyüş variantının mümkünlüyündən danışıb. Bu variantın gerçəkləşməsi üçün əvvəlcə basketbolçuya iş oxunmalı, ardından o, Rusiya prezidenti Vladimir Putinə əfv ərizəsi yazmalıdı. Ancaq burda çox önəmli bir məqam var. ABŞ-ın bir başqa vətəndaşı Pol Uilan da Rusiya həbsxanasında cəza çəkir. O, 2020-ci ilin iyununda casusluğa görə 16 il həbs cəzası alıb və hazırda ciddi rejimli islah-əmək müəssisəsində saxlanılır. Qrayner birinci dəyişdirilsə, onda ABŞ-ın hakimiyyət orqanları Rusiya həbsxanasında daha çox vaxt keçirən adamın niyə kənarda qalması ilə bağlı suallarla üzləşəcək. Uilan azadlığa çıxsa, onda Qraynerin evə dönüşü uzanacaq. İndi amerikalı idmançının taleyinə görə təkcə rəsmi şəxslər yox, həmkarları da narahatlıq keçirir. Lebron Ceyms, Stefen Karri, Karmelo Entoni, Kayri İrvinq kimi MBA ulduzları Brittniyə dəstək bəyanatı ilə çıxış edib. “Formula-1” yarışlarının yeddiqat qalibi Lüis Hemilton da qadın basketbolunun ulduzunu vətənə qaytarmaqla bağlı çağırış ünvanlayıb.

Paylaş:
Digər xəbərlər

İdman

3-07-2022, 09:0

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

İdman

8-07-2022, 16:0

Basketbolçunun məktubu Baydenə çatıb

Aktual

8-06-2022, 15:0

Azərbaycan klubunun sabiq rəisi həbs olundu

İdman

24-03-2022, 12:0

Makqreqor həbs olundu

İdman

19-06-2022, 15:0

“Şarlott”un oyunçusu “dəmir barmaqlıqlar” arasına düşə bilər

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə