Türkiyə futboluna gözləniləndən tez uyğunlaşan və qısa müddət ərzində az qala Trabzonun yeni göz bəbəyinə çevrilən ''Trabzonspor''un misirli ulduzu Məhəmməd Salah ilə bağlı diqqətçəkən bir iddia ortaya atılıb.
Misirli jurnalist Məhəməd Əl-Kaud 34 yaşlı ünlü futbolçuya, eləcə də həyat yoldaşı və üç övladına Türkiyə vətəndaşlığı veriləcəyini iddia edib.
Mənbənin məlumatına görə bununla bağlı hətta təmtəraqlı bir mərasim də keçiriləcək. Özü də məsələ tək vətəndaşlıqla yekunlaşmayacaq. Salah Türkiyənin idmanına və turizminə verdiyi töhfəyə görə Dövlət Üstün Xidmət Medalı ilə təltif olunacaq.
Həqiqətən də bu futbolçunun transferindən sonra Trabzonun turizm sektorunda hərəkətlilik yaşanmağa başlayıb. Hətta Salahın Trabzonda ziyarət etdiyi bir yayla ziyarətgaha da çevrilib və insanlar ora axın etməyə başlayıb. Misir mətbuatında da bu mövzuda xəbərlər dərc olunub.
Hətta nəşrlərdən birində Salahın önümüzdəki günlərdə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşəcəyi də iddia edilib. Amma bütün bunlar hələlik yalnız şayiə tipli xəbərlərdi. Rəsmi mənbələrdən bununla bağlı heç bir açıqlama yoxdu.
Salaha Türkiyə vətəndaşlığı veriləcək?
Dünya futbolu





