''Beşiktaş''da kapitan Orkun Kökçüdən müjdəli xəbər var. Komandanın əsas ulduzlarından olan Orkun nəhayət, məşqdə iştirak etməyə başlayıb.
25 yaşlı futbolçu oktyabrın 15-də Avropa Liqasında ''Hoffenhaym''la səfər matçının ilk yarısında zədələnərək əvəzlənmiş və sonrakı 4 rəsmi oyunu buraxmalı olmuşdu. Orkun noyabrın 3-dən etibarən komanda ilə birlikdə məşqə çıxmağa başlayıb. İstanbul nəhəngi kapitanı olmadan keçirdiyi 4 qarşılaşmadan 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyətlə ayrılıb. Ancaq tibbi personal baş məşqçi Vinçentso İtalyanoya tələsməməyi məsləhət görüb.
Orkun cümə axşamı ''Seltik''lə qarşılaşmada ilk dəqiqələrdən oynamaq arzusundadı. Amma çox güman İtalyano zədədən yeni dönən oyunçusunu ən yaxşı halda ikinci hissədə meydana buraxacaq.
Kökçünün həftəsonu ''Gənclərbirliyi'' ilə görüşdə isə start heyətində meydana çıxacağı gözlənilir.
''Beşiktaş''ın kapitanı zədəsini sağaldıb məşqlərə başladı
Dünya futbolu





