Əvəzedicilər Liqasının 9-cu turunda keçirilməsi planlaşdırılan “Sabah” - “Qarabağ” oyununun vaxtı dəyişdirilib.
"Football-plus.az" xəbər verir ki, noyabrın 8-də baş tutmalı olan qarşılaşma U-19 millimizin Avropa çempionatının elit raunduna hazırlığı ilə əlaqədar təxirə salınıb.
Bu barədə AFFA-nın müraciəti, klubların razılığı və Peşəkar Futbol Liqasının qərarı əsasında qərar verilib.
Görüşün yeni tarixi barədə əlavə məlumat veriləcək.
“Sabah” - “Qarabağ” oyunu təxirə salındı - SƏBƏB
Ölkə futbolu





