“Qarabağ” - “Turan Tovuz” oyununu 5 manata izlə!

3.11.2026 16:12 18
Ölkə futbolu
Misli premyer-liqasının 11-ci turunda keçiriləcək “Qarabağ” - “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, standart biletlərin qiyməti 5 manat, VIP biletlərin qiyməti isə 15 manatdı.

Azarkeşlər matç günü QR biletlərini stadionun kassasından və ya "iticket.az" platformasından əldə edə bilərlər. Stadionun qapıları qarşılaşmanın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

"Qarabağ" - “Turan Tovuz” görüşü noyabrın 6-da “Azərsun Arena”da keçiriləcək. Matç saat 18.00-da başlanacaq.