Qadınlardan ibarət millimizin Millətlər Liqasının 2027/28 mövsümündəki rəqibləri bəlli olub.
"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi yığma C Liqasının 2-ci qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Latviya, Gürcüstan və Lixtenşteyn olacaq.
Qrup mərhələsində komandalar bir-biri ilə evdə və səfərdə qarşılaşacaqlar.
Liqa mərhələsinin oyunları 2027-ci ilin fevral-iyun aylarında keçiriləcək.
Millimizin rəqibləri bilindi - Millətlər Liqası
Ölkə futbolu





