• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ruslar amerikalı olimpiya çempionuna sərt cəza verdi

İdman

7-08-2022, 09:0

Qəzetimizin ötən saylarında Yekaterinburq UQMK-sının sabiq basketbolçusu, ABŞ yığmasının heyətində iki dəfə olimpiya çempionu olan Brittni Qraynerin məhkəməsi ilə bağlı vaxtaşırı bilgi vermişik. Bütün dünyada böyük əks-səda doğuran məhkəmə cümə axşamı hökmün oxunmasıyla başa çatdı.

Ximki Şəhər Məhkəməsi həşiş yağının qaçaqmalçılığına görə 31 yaşlı idmançının cəzasını ümumi rejimli kolonda çəkməklə 9 illik həbsinə və 1 milyon rubl (təxminən 28 min manat – red.) cərimələnməsinə qərar verdi. İndi qadın basketbolunun ulduzu 10 gün ərzində apellyasiya şikayəti verə və ya cəza ilə barışaraq, Rusiya Prezidentinin ünvanına bağışlanması ilə bağlı ərizə yaza bilər. İkinci variant ən yaxın vaxtda ABŞ-da 25 illik həbs cəzası alan silah taciri Viktor Butla dəyiş-düyüşə yol aça bilər. Bir çox ekspertlər Qraynerin məhz ikinci variantı seçəcəyinə şübhə etmirlər. Baxmayaraq ki, basketbolçunun vəkilləri hökmün yumşaldılmasına çalışacaqlar. Fevralın ortalarından Moskva ətrafındakı istintaq təcridxanalarından birində saxlanılan Brittni artıq dəfələrlə imkan daxilində tez vətəninə qayıtmaq arzusunu çatdırıb. ABŞ-da isə ona idman ulduzlarının da iştirakı ilə möhtəşəm dəstək kampaniyası aparılır. Hətta ölkə başçısı Co Bayden də bu kampaniyaya reaksiya verməli olub. Nəticədə basketbolçunun işi qeyri-adi siyasi əks-səda doğurub. İş o yerə gəlib çatıb ki, Ukraynaya təcavüz üzündən Rusiya ilə Amerika arasında dayanan diplomatik dialoq da bərpa olunub. ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon söhbətində basketbolçunun taleyini müzakirəyə çıxarıb.

Müdafiə tərəfi narazıdı

Brittni maksimum 13 il həbs cəzası ala bilərdi. Prokuror son çıxışında 9,5 il həbs və milyon rubl cərimə istədi. Müdafiə tərəfi isə ona əsaslanır ki, Qrayner günahını tam boynuna alıb, üstəlik bu il fevralın 17-də Şeremetyevo hava limanında basketbolçudan müsadirə olunan yükün ekspertizası da qanun pozuntusu ilə aparılıb. Vəkil Mariya Blaqovolina məhkəmədən basketbolçu haqda bəraət hökmü çıxarmağı və ya şərti cəza verilməsini istədi. Brittni özü isə son sözündə çantalarını tələsik yığdığını, kovidsonrası stress altında olduğunu və bilmədən səhvə yol verdiyini dedi. O həmçinin UQMK və yaxınları önündə üzr istədi, Rusiya Federasiyasının ərazisində qadağan olunan tərkibləri bu ölkəyə gətirmək fikrində olmadığını vurğuladı. Məhkəmə prosesinin gedişində o da aydınlaşdı ki, marixuananı basketbolçuya Arizona ştatından olan həkim ənənəvi ağrıkəsicilərin əvəzinə yazıb, çünki Brittni sonuncuların yan təsirlərindən əziyyət çəkib. Məhkəmədə şahid qismində dindirilən UQMK-nın həkimi Anatoli Kalabin də etiraf edib ki, koronavirusdan sonra Brittnidə diqqətin azalması sindromu qeydə alınıb. Məhz bu üzdən idmançı həkimin ona ABŞ-da yazdığı bəzi preparatları qəbul etməyə başlayıb. İttiham və müdafiə tərəflərinin son sözünü dinləyən hakim fasilə verib və üç saatdan sonra salonda görünərək hökmü oxuyub. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi üzrə Qraynerin günahının tam sübuta yetirildiyini bildirən hakim onu 9 illiyə azadlıqdan məhrum edib. Yüngülləşdirici hallar qismində basketbolçunun günahını qismən boynuna alması və idman uğurları əsas götürülüb. Qraynerin hüquqlarını müdafiə edən vəkillər daha yüksək məhkəmə instansiyasında bu hökmü dartışmaq fikrindədi. Mariya Blaqovolinanın fikirləri: “Bu hökmdən çox məyusuq. Hesab edirik ki, məhkəmə, milliyyətindən asılı olmayaraq, hər kəsə münasibətdə ədalətli olmalıdı. Məhkəmə müdafiə tərəfinin bütün dəlillərini, ən əsası basketbolçunun günahını boynuna almasını rədd etdi. Bu isə mövcud məhkəmə praktikasına ziddi. Əşyayi-dəlillərin azlığını (hələ ekspertizadakı çatışmazlığı demirəm) və ittiham tərəfinin dəlillərini nəzərə alanda bu hökm tam əsaslandırılmamış görünür. Mütləq apellyasiya şikayəti yazacağıq”.

Dəyiş-düyüş olacaqmı?
Məhkəmənin hökmünə dərhal reaksiya verən ABŞ Prezidenti Co Bayden onu “yolverilməz” saydı. Onun Ağ Evin saytında yayılan rəsmi açıqlamasında deyilir: “Brittni Qranyerin real həbs cəzası alması dünyanın artıq bildiyi həqiqəti növbəti dəfə üzə çıxarır: Rusiya ABŞ vətəndaşını hüquqdankənar qaydada saxlayır. Bu isə yolverilməzdi. Rusiyanı Qrayneri dərhal azadlığa buraxmağa çağırıram ki, həyat yoldaşının, yaxınlarının, dostlarının və komanda yoldaşlarının yanında ola bilsin. Mənim administrasiyam Brittni ilə Pol Uilanı mümkün qədər tez evə qaytarmaq yolunda yorulmadan çalışacaq və bütün vasitələrdən istifadə edəcək”.

Pol Uilanın (casusluğa görə Rusiyada 16 il həbs cəzası alıb) vəkili Vladimir Jerebenkov əmindi ki, Rusiya və ABŞ siyasətçiləri yaxın vaxtlarda məhbusların dəyişdirilməsiylə bağlı razılığa gələcəklər. Yeri gəlmişkən, Qraynerlə Uilanın buraxılması üçün Rusiya Prezidenti Vladimir Putinin onları əfv etməsi lazımdı: “Qrayner bu cəzanı tam həcmdə çəkməyəcək. Hesab edirəm ki, istənilən halda məhbuslar dəyişdiriləcək. Siyasətçilər bu məsələni razılaşdıracaqlar, yəqin hələ bir ay da keçəcək. Brittninin cəzasının qüvvəyə minməsi üçün hələ 10 gün də ötməlidi. 99 faiz təminat verirərm ki, mübadilə məsələsi müsbət həllini tapacaq. Sual doğuran yeganə məqam budu ki, Polla Brittnini Rusiyanın bir, yoxsa iki vətəndaşına dəyişəcəklər. İndi alver-başlayacaq”.

Rusiyalı Amerikaşünas ekspert Aleksandr Domrin isə belə hesab edir ki, Qraynerlə bağlı qərar hüquqauyğundu: “Çənubi-Şərqi Asiyanın bəzi ölkələrində narkotikləri ölkə ərazisinə keçirmək cəhdinə görə ölüm hökmü verirlər. Bu üzdən Qraynerlə bağlı qərar hüquqa və qanunlara tam uyğundu. Onu dəyişə bilərlərmi? Bu artıq hakimiyyətin icra qoluna, Xarici İşlər Nazirliyinə və prezidentlərə aid məsələdi, yəni məhkəmə sisteminin səlahiyyətində deyil”.

Amerika mediasının xəbərlərinə baxsaq, bu ölkənin rəsmi şəxsləri hələ də belə hesab edirlər ki, Qraynerlə Uilanı yalnız Viktor Butla dəyişmək ədalətlidi. Amerikalılar onu çox önəmli sima sayırlar, Ədliyyə Nazirliyinin mövqeyi isə belədi ki, bu adamı azadlığa buraxmaq çox təhlükəlidi. Digər tərəfdən, Brittnini vətənə mümkün qədər tez qaytarmağı tələb edən idman ulduzları da Amerika siyəsətçilərini çox ciddi təzyiq altında saxlayırlar.

Paylaş:
Digər xəbərlər

İdman

30-07-2022, 16:0

İkiqat olimpiya çempionu terrorçulara silah satanla dəyişdiriləcək?

İdman

10-07-2022, 12:0

Beynəlxalq qalmaqal: rus əvvəl iş verəcək, sonra dəyişəcək!

İdman

5-08-2022, 13:0

Qraynerin məhkəməsi davam edir

İdman

3-07-2022, 09:0

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

İdman

8-07-2022, 16:0

Basketbolçunun məktubu Baydenə çatıb

İdman

17-07-2022, 11:0

Qadın MBA-sı Rusiya klubları ilə anlaşmaya qadağa qoyub

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə