"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

12.08.2022 16:29 564
Çempionlar Liqası
Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya" (Plzen) heyətinə daha bir futbolçu cəlb edib.

"Football-plus.az" Çexiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Plzen təmsilçisi Macarıstan "Ferentsvaroş"undan Forçun Akpan Bessini icarəyə götürüb. Nigeriyalı hücumçu 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, "Qarabağ" 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"u mübarizədən kənarlaşdırıb.

"Viktoriya" ötən gün Slovakiya millisinin hücumçusu Erik Yirka və Çexiya yığmasının müdafiəçisi Vatslav Yemelkanı da transfer edib.

"Qarabağ" "Qarabağ" "Viktoriya" ilə ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək.