"Qarabağ" “Ferentsvaroş”u keçsə, pley-offda bu rəqiblərdən biri ilə qarşılaşacaq

2.08.2022 14:14 934
Manşet / Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Football-plus.az
xəbər verir ki, UEFA-nın mənzil qərargahında təşkil olunan tədbirdə Azərbaycan çempionu "Qarabağ" da təmsil olunub. Turnirin üçüncü təsnifat mərhələsinin “Qarabağ” - “Ferentsvaroş” (Macarıstan) cütü “səpələnməmişlər” səbətində yer alıb. Bu cütün qalibi pley-offda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün güclüsü ilə qarşılaşacaq. Ağdam təmsilçisi mərhələni keçsə, ilk oyununu evdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.