"Qarabağ" - "Viktoriya" matçının vaxtı açıqlandı

10.08.2022 15:23 643
Çempionlar Liqası
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) klubuna qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, "atlılar" ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20.45-də başlayacaq.

Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.