"Viktoriya"nın oyunu təxirə salındı

11.08.2022 18:55 409
Çempionlar Liqası
Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi Plzen "Viktoriya"sı olacaq.

Football-plus.az
xəbər verir ki, Çexiya birincisinin ölkə çempionatındakı oyunu təxirə salınıb. Buna səbəb Plzen klubunun yerli futbol liqasına müraciət etməsi olub. Onlar avqustun 20-də "Zbroyovka"ya qarşı keçirilməli olan 4-cü turun matçının başqa vaxta keçirilməsini istəyib.