“Turan Tovuz” avqustun sonunda istifadəyə verəcək - AÇIQLAMA

9.08.2022 14:47 982
Premyer-liqa / Manşet
“Turan Tovuz”un rəsmi saytı hələ də fəaliyyətə başlamayıb.

Klubun mətbuat katibi internet ünvanının çempionatın startına kimi hazır olmamaq ehtimalını da dilə gətirmişdi. Artıq mövsüm başlayıb və “Turan Tovuz” 1-ci turda doğma meydanda “Qəbələ”yə uduzub.

Maraqlıdı, klubun rəsmi saytı nə vaxt istifadəyə veriləcək? Bu haqda məlumat almaq üçün Tovuz təmsilçisinin mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Ötən dəfə dediyim kimi, həm texniki məsələləri həll etməliyik, həm də akademiya komandaları, əvəzedici heyət tam komplektləşməlidi. Onların da heyəti bəlli olmalı və məlumat bazası yaranmalıdı. Bu proseslər bitəndən sonra saytımız ayın sonuna kimi hazır olacaq”.


ŞAİR ABDULLA