Layihədə veb platformada real futbol meydançası ölçülərinə uyğun 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib. 1 pikselin qiyməti 15 manat təşkil edir. 1, 4, 9 və 16 saydan ibarət olan piksellərdən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq.
Azarkeşlər “Turan Tovuz”a dəstək məqsədilə ianə edərkən aldıqları piksellərə öz şəkillərini yerləşdirə bilərlər. İanəçilərin fotoları klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə əksini tapacaq.
Maraqlıdı, layihə çərçivəsində proses necə həyata keçir? Tovuz təmsilçisi avtobus almaq üçün lazım olan vəsaiti toplaya bilib? Bu haqda məlumat almaq üçün “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Fond bunu tam detalları ilə paylaşmışdı. Hazırda isə onu deyə bilərəm ki, bu proses hələ yeni başlayıb. Hələ də satış gedir”.
ŞAİR ABDULLA





