Futbolun İnkişaf Fondu və “Turan Tovuz” məhdud sayda mövsümlük bilet satışa çıxarıb.
Klubdan verilən məlumata görə, satış üçün 500 bilet nəzərdə tutulub. Onların da hər birinin qiyməti 59 manat təşkil edir.
Biletləri əldə edən azarkeşlər Tovuz şəhər stadionunda komandanın bütün ev oyunlarını izləyə biləcəklər. Qeyd edək ki, mövsümlük bilet alanlara klubun atributlarının da təqdim olunacağı bildirilmişdi.
Artıq çempionat start götürüb. “Turan Tovuz” isə turun son matçında evdə “Qəbələ”ni qəbul edəcək. Maraqlıdı, ilk oyuna 2 gün qalmış abunə biletlərin neçəsi satılıb? Bu haqda məlumat almaq üçün “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
ŞAİR ABDULLA